Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçin Baş naziri: “NATO-ya öz töhfəmizi verəcəyik”
İsveçin Baş naziri: “NATO-ya öz töhfəmizi verəcəyik”

Rusiyanın Ukraynaya hücumu bizim bu qərarımızda dönüş nöqtəsi oldu. Parlamentimiz də inanırdı ki, İsveç xalqının təhlükəsizliyi NATO üzvü kimi daha yaxşı müdafiə oluna bilər.

APA xəbər verir ki, bunu İsveçin Baş naziri Maqdalena Andersson Vaşinqtonda ABŞ və Finlandiya liderləri ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsveçinin inkişaf etmiş, müasir hərbi imkanları var: “Biz inanırıq ki, müdafiə sahəsində NATO-ya öz töhfəmizi verəcəyik”.

Baş nazir ölkəsinin NATO-ya üzvlüklə bağlı Türkiyənin narahatlıqlarına da münasibət bildirib: “Biz Türkiyə də daxil olmaqla, NATO-nun bütün üzvləri ilə müzakirə olunacaq məsələlər üçün dialoqa bütün səviyyələrdə hazırıq.

İsveç NATO üzvü kimi öz üzərinə düşən məsuliyyəti yerinə yetirməyə sadiq olacaq”.

Son xəbərlər
Bütün xəbərlər »