Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konqo hökuməti 1,5 ton fil sümüyü müsadirə edib
Konqo hökuməti 1,5 ton fil sümüyü müsadirə edib

Konqo Demokratik Respublikasının cənub-şərq hissəsindəki səlahiyyətlilər bir ton yarım fil sümüyü ələ keçiriblər.

Bizimyol.info xəbər verir ki, "aljazira"nın verdiyi məlumata görə, hüquq-mühafizə və ətraf mühitin qorunması orqanlarının rəsmiləri bildiriblər ki, bu, Afrikada son illərdəki ən böyük yüklərdən biridir.

İşlə bağlı davam edən istintaqda iştirak etdiyi üçün adı açıqlanmayan bir məmurun sözlərinə görə, zabitlər şənbə günü Lubumbaşi şəhərində yük maşınlarınında qaçaqmalçılıq yolu ilə gətirilən fil dişlərini aşkar ediblər.

Polis bu işlə bağlı hələlik beş nəfəri həbs edib. Lakin polisin verdiyi məlumata görə, onlardan ikisi sorğu-sualdan sonra qaçıb gizlənib. O əlavə edib ki, daşnan yük 1,5 ton təşkil edib. Bu da o deməkdir ki, satışı qadağan olunmuş fil sümüyünün bu qədər həcmə toplanmasında güman ki, xeyli qaçaqmalçı iştirak edib.

Fil sümüyünün həm mənşəyi, həm də nəzərdə tutulan son təyinatı qeyri-müəyyən olaraq qalır. Ətraf mühit qrupları koalisiyasının vəkili Sabin Mande "AFP"yə bildirib ki, çərşənbə günü Lubumbaşi əyalət prokurorluğunda 18 torba fil sümüyü ələ keçirib. Onun sözlərinə görə, qaçaqmal 80-dən 100-ə qədər kəsilmiş filin sümüyü ola bilər.

Bu son illərdə Afrikada ən böyük ticarət hesab olunur. 2013-cü ildə Keniya rəsmiləri dörd tondan çox fil sümüyü ələ keçiriblər. Toqo səlahiyyətliləri eyni şəkildə 2014-cü ildə bir həftə ərzində dörd ton fil sümüyü müsadirə ediblər.

2019-cu ildə Vyetnam rəsmiləri Konqo Respublikasından, həmçinin Konqo-Brazzavil kimi tanınan ağac daşıyan yükdə doqquz tondan çox fil sümüyü aşkar ediblər.

Çin və Cənub-Şərqi Asiya, əsasən ənənəvi tibbdə iddia edilən müalicələr üçün istifadə edilən Afrika fil sümüyü üçün əsas bazarlardır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »