Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsməyəcəyik
Ərdoğan: Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsməyəcəyik

"NATO təhlükəsizlik təşkilatıdır. Alyansa daxil olan ölkələrdə terror təşkilatlarının olmasını qəbul edə bilmərik. Bu ölkələr PKK və YPG-nin məskənidir. Yenidən büdrəmək fikrində deyilik".

Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rcəb Tayyib Ərdoğan gənclərlə keçirdiyi Kitabxana Söhbətində Türkiyənin NATO-nun genişlənməsinə münasibət bildirərkən qeyd edib.

Prezident Ərdoğan:“Deməli keçmişdə NATO-ya girənlər girdi. Onun Almaniyası var, Fransası var. Yunanıstan və Fransa təşkilata girib sonra oranı tərk etdilər. Amma daha sonra təəssüf ki, o dövrün Türkiyədəki idarə edən siyasi dairələr onlara yenidən yol açdı. Və onlar yenidən NATO-ya qayıda bildilər.

Onlar geri qayıdanda nə oldu? Yeni biş şey gətirdilərmi? Yox. Məsələn, ABŞ Aleksandrupolidə baza yaratdı. FETÖ terror təşkilatı isə Yunanıstan üzərindən Avropaya səyahət etməyə başladı. Onlara verdiyimiz terrorçuların siyahısına isə məhəl qoymadılar. Bu bu gün də davam edir, hələ də bizim terrorçu elan etdiyimiz çəxsləri və quruplaşmaları qorumağa davam edirlər”, - deyə o bildirib.

Prezident Ərdoğan məsələyə yox deyəcəklərini ifadə edərək: “Əlaqədar dostlarımıza Finlandiya və İsveçin NATO-ya üzv olmasına yox deyəcəyimizi söylədik və bu şəkildə davam edəcəyik. Bu bizim yox onların səhvinin nəticəsi olaraq qiymətləndirilməlidir. Siyasətdə münasibətlər dəyişir, amma yaxı ya da pis - edilənlər də unudulmur, bunu heç kim yaddan çıxarmamalıdır”, - deyib.

Ukrayna-Rusiya münasibətlərinə toxunan Ərdoğan: “Həm Rusiya, həm də Ukrayna ilə bağlı balans siyasəti yürüdürük və bu siyasətdə nə cənab Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək fikrim yoxdur”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »