Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu işi Avropada görən insanlar küsdürülüb, uzaqlaşdırılıb"
"Bu işi Avropada görən insanlar küsdürülüb, uzaqlaşdırılıb"

Dünyada Azərbaycançılığın təbliği Heydər Əliyev dövründən başlayır desək, yanılmarıq. Onun “mən fəxr edirəm ki, azərbaycanlıyam” cümləsini dilində şüara çevirmiş milyonlarla azərbaycanlı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir. Bu fəaliyyətlər, həm də Azərbaycançılığın təbliği istiqamətində aparılır.

Dünya, Azərbaycanı tanıyır. İllərlə işğala məruz qaldığımızı bilir, “Xocalı” və “20 Yanvar” hadisələrimizdən xəbərdardır. Bu isə, məhz Azərbaycandan kənarda yaşayan azərbaycanlıların fəaliyyəti sayəsində baş verir. Artıq qalib ölkə olmağımıza baxmayarq, illərlə məruz qaldığımız haqqsızlıqları bu gün də azərbaycanlılar yaşadıqları ölkələrə çatdırmağa çalışırlar. Bu qədər fəaliyyətlərin olmasına və müharibə cinayətləri yaşamağımıza baxmayaraq, dünya bu cinayətlərin qarşısında susurdu.

Azərbaycanın Hollandiyada yaşayan və fəaliyyət göstərən diaspor təşkilatı sədrlərindən İlhan Aşkının yaşadıqları haqqsızlıqları yəqin ki, hamı xatırlayır… Yəni bizim insanlar bizi dünyada tanıtmağa, azərbaycançılığı bacardığı qədər təbliğ etməyə çalışır…

“Belçika-Azərbaycan” Evinin sədri Bülənt Gürçam Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünyada Azərbaycanı təbliğ edə bilmək üçün əvvəlcə dünyanı yaxşı tanımalıyıq. Bunun üçün isə, dünyaya səpələnmiş azərbaycanlılardan faydalanmaq lazımdır. Diaspor sahəsində öz-özümüzə deyil, olduğumuz ölkələrin vətəndaşlarına istiqamətlənmiş işlər görmək lazımdır.

Bülənt Gürçam Bülənt Gürçam

“Buna dünyada lobbi fəaliyyəti deyilir, yəni lobbiçilik aparmaq lazımdır. Bu lobbi işi, dünyanın hər bir beynəlxalq təşkilatında rəsmi olaraq qəbul olunmuş işdir və bunun üçün müstəqil təşkilatlar qeydiyyatdan keçir və orada olan insanlara ölkələri haqqında ətraflı məlumat verərək işlər aparırlar. Və bu zaman onları öz ölkələrinin mənfəəti istiqmaətində yönləndirirlər” - deyən Gürçam bildirib ki, bunun üçün təşkilatlanmış və təcrübəli insanların fikrinə ehtiyac var. Belə ki, diaspor fəaliyyəti yenidən nəzərdən keçirilməli, yenidən formalaşdırılmalıdır. Ayrı-seçkilik və tərəfkeşlik aradan qaldırılmalıdır.

“Azərbaycanda isə, hər vəzifəyə gələn diaspor rəhbəri özünə uyğun diaspor yaratmağa çalışır. Bunu hər zaman demişəm və yenə təkrar edirəm: diaspor yaradılmır. Diasporun özü olduğu mühitdə öz-özünə yaranır. Biz isə onların fəaliyyətini asanlaşdırmalıyıq. Onlara informasiya dəstəyi olmaq, onları yeni və ətraflı məlumatlarla dəstəkləmək, ehtiyac olduğu zaman maddi imkanlar yaratmaq və onların olduqları ölkədə rahat işləyə bilmələri üçün önlərini açmaq lazımdır. Ölkə başçısı daim deyir ki, “informasiya hərəkatı başlatmaq lazımdır”. Amma bunu kimsə başa düşmür. Bu işi Avropada görən insanlar küsdürülüb, uzaqlaşdırılıb və fəaliyyət göstərə bilinməyəcək hala gətirilib. Onlar olduğu halda, onları parçalayaraq yeni dərnək və təşkilatlar yaradılıb. Bu da təşkilatları fəaliyyətsiz vəziyyətə gətirib” - deyə təşkilat sədri qeyd edib.

Bülent Gürçamın sözlərinə görə, bu işi bilənlər sosial şəbəkələrdə mütəmadi olaraq açıqlama və informasiya qaynaqlı paylaşımlar edirlər. Ancaq onları eşidən və diqqətə alan yoxdur. Təşkilat sədri hesab edir ki, Prezident Aparatında diasporun işini izləyə bilən və diaspor sahəsində təcrübə sahibi olan bir şöbə yaradılmalıdır. Bu şöbə həm diasporu, həm də onlarla birlikdə işləməli olan Diaspor üzrə İş Komitəsinin işlərini araşdırmalıdır. Və apardığı araşdırmalar haqqında ölkə başçısına tərəfsiz formada məlumat verməlidir.

“Bir şeyi unutmamaq lazımdır ki, 1990-cı ilə qədər Azərbaycanın müstəqillik mübarizəsində həm də 30 ildən çox bir zamanda işğal altında olan torpaqlarımızın geriyə qaytarılmasında diasporun da çox danılmaz əməyi olub. Bundan sonra da diasporun gələcəkdə Azərbaycanın dünya ilə olan tərəfdaşlıq münasibətlərində rolu olacaqdır. Və buna ehtiyac da var” - deyə Bülent Gürçam bildirib.

Həmsöhbətimiz qeyd edir ki, ancaq diaspora yetərli qədər diqqət göstərilmir və diasporumuzun üzərində çox ciddi, təhlükəli oyunlar oynanılır. Bununla bağlı ölkə rəhbərliyinə məlumat verilmir:

“Biz yazırıq, amma onun da qarşısını alırlar. Yazdıqlarımız məlumatlar ölkə başçısına çatdırılmır. Məktublaırmız belə gedib çatmır. Bu işimizdə bir gizli əlin varlığı, bizi narahat edir”.

Gürçam hesab edir ki, diaspor işi ilə əlaqəli hərkəsin rahatlıqla danışıb, həqiqətləri deyə biləcəyi bir platforma olmalıdır. Və orada danışılanlar mütləq şəkildə ölkə başçısına çatdırılmalıdır.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği.

Son xəbərlər
Bütün xəbərlər »