Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü nəticəsində həlak olan və yaralanan yetkinlik yaşına çatmamış vətəndaşların siyahısı açıqlanıb
Bizimyol.info xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə zamanı azı 231 uşaq həlak olub, 427 uşaq isə yaralanıb.
Məlumatda bildirilir ki, faktiki olaraq qurbanların sayı daha çox ola bilər.
Ukrayna mediasının xəbər verir ki, mayın 19-u səhər saatlarına olan məlumata görə, Ukraynada rusların əli ilə azı 658 uşaq zərər çəkib. Bu rəqəmlər yekun deyil, çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə axtarış işləri aparılır.
Uşaqların ən çox əziyyət çəkdikləri regionlar isə bunlardır:
Donetsk - 144, Kiyev - 116, Xarkov - 100, Çerniqov - 68, Xerson - 48, Luqansk - 47, Nikolayev - 44, Zaporojye - 28, Sumi - 17, Jitomir – 15, Kiyevdə 16 uşaq əziyyət çəkib.
Xatırladaq ki, mayın 17-də Rusiya hərbçiləri Donetsk vilayətində Baxmutu atəşə tutub və təkcə bu yaşayış binasında raket hücumu nəticəsində 9, 12 və 17 yaşlı uşaqlar ağır yaralanıb. Bundan əlavə mayın 18- də xilasedicilər dağılmış evin dağıntıları altından bir qadın və 2 yaşlı uşağın meyitini aşkar ediblər.
Zaporojye vilayətinin Poloqi şəhərində də işğalçıların şəhərin mülki infrastrukturunu atəşə tutması nəticəsində 17 yaşlı qızın həlak olması barədə də məlumatlar var.
Mayın 16-da Nikolayev vilayətində magistral yolda 8 nəfər, o cümlədən 5 yaşlı qız mina tərəfindən partladılıb. Onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Leyla, Bizimyol.info