Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya MN: İki ay mühasirədə qalan "Azov" təslim oldu - Video
Rusiya MN: İki ay mühasirədə qalan "Azov" təslim oldu - Video

"Son sutka ərzində Mariupoldakı "Azovstal" zavodunda "Azov" millətçi birləşməsinin 770-dən çox silahlısı təslim olub. Ümumilikdə isə indiyə qədər 1730 nəfər silahı yerə qoyub".

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Son 24 saat ərzində Mariupolda mühasirəyə alınmış "Azovstal" metallurgiya zavodunda "Azov" millətçi birləşməsinin 771 döyüşçüsü təslim olub. Mayın 16-dan indiyədək ümumilikdə 1730 hərbçi təslim olub, onlardan 80-i yaralı olub", - deyə Konaşenkov bildirib.

Onun sözlərinə görə, stasionar müalicəyə ehtiyacı olanların hamısı Novoazovsk və Donetskdəki tibb müəssisələrinə yerləşdirilərək müalicə olunurlar.

Çərşənbə axşamı Rusiya Federasiyasının Müdafiə Nazirliyi "Azovstal" zavodunda mühasirədə olan mülki şəxslərin və ukraynalı hərbçilərin təslim olmasına başlandığını elan edib.

Şəhər uğrunda gedən döyüşlər iki aya yaxın davam edib. Rusiya və Donetsk qüvvələri bütün növ silahlardan istifadə edərək şəhəri dağıdıb. "Azovstal" zavodunda olan insanları mühasirədə saxlayaraq təslim olmağa məcbur edib. Mühasirədə qalanların müqaviməti ilə qarşılaşan və qeyri-bərabər güclərin mübarızəsində üstünlüyə sahib olan Rusiya iki ay sonra şəhəri işğal edə bilib.

Aprelin 21-də Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu Mariupolun tam mühasirəyə alınması münasibətilə təbrik edib. Eyni zamanda, dövlət başçısı zavoda hücumdan əl çəkməyi və “oraya milçək də uçmasın” deyə müəssisəyə bütün hümanitar və digər yardımların qarşısını almağı tapşırıb.

O vaxta qədər, rus ordusunun məlumatına görə, "Azovstal"da 2 mindən çox insan qalmışdı ki, bu da şəhərin ilk qarnizonunun təxminən üçdə biri qədər idi.

Qdir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »