Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya tələbələri və qadınları müharibəyə göndərməyi planlaşdırır"
"Rusiya tələbələri və qadınları müharibəyə göndərməyi planlaşdırır"

"İşğalçılar Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərindən tələbələri döyüşlərə cəlb etməyi planlaşdırırlar".

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz rəsmi sosial şəbəkə səhifəsində məlumat yayıb.

"Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində səfərbərlik resursunun olmaması səbəbindən işğalçı hərbi komandanlıq ali təhsil müəssisələrinin tələbələrini döyüşlərə cəlb etməyi planlaşdırır",- deyə məlumatda qeyd edilir.

Rusiya işğalçılarının Ukraynaya qarşı müharibəyə vətəndaşların səfərbər olunması ilə bağlı ciddi problemləri var. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiyada qondarma "gizli səfərbərlik" həyata keçirmək cəhdləri davam edir - aktiv kampaniya aparılır, eləcə də hərbi məktəblərin məzunları və kursantları döyüşə göndərilir.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Rusiya Federasiyası sərhədyanı rayonlarda 2,5 minə yaxın ehtiyatda olan hərbçi hazırlayır, sonra onlar Ukraynaya döyüşməyə göndəriləcəklər.

Bundan başqa, müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətləri ərazisində böyük miqyaslı işçi qüvvəsi itkiləri ilə əlaqədar səfərbərlik çərçivəsində işğalçılar yerli müəssisələrin rəhbərliyinə 18 yaşdan 45 yaşa qədər olan qadınların “məlumatlarının toplanması”nın, qeydiyyat aparılmasının zəruri olduğunu bildiriblər.

Öz növbəsində, Mariupol merinin müşaviri Petr Andryuşşenko qeyd edir ki, Donetskdə səfərbərliyə qarşı “qohumların qlobal üsyanı” gedir. Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qaydayın sözlərinə görə, bölgənin işğal olunmuş hissəsində müharibəyə səfərbər olmaqdan imtina edən kişilər edam edilməklə hədələnir.

Bundan əlavə, daxili işlər nazirinin müşaviri Viktor Andrusiv bildirib ki, Kreml 2014-cü ildə müvəqqəti işğal olunmuş Krımdan hərbi and içmiş şəxsləri Ukraynaya qarşı müharibəyə göndərmək qərarına gəlib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »