Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb
Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Ukrayna üçün müharibənin nəticəsi işğal olunmuş ərazilərin azad edilməsi və Rusiya tərəfindən təzminat ödənilməsi olmalıdır.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, o bu barədə Hollandiyanın NRC saytına müsahibəsində bildirib.

"Qələbə Krım və Donbas da daxil olmaqla, işğal olunmuş ərazilərin azad edilməsi, təzminatların ödənilməsi, müharibə cinayətkarlarının və insanlığa qarşı cinayət törədənlərin pislənməsi və Ukraynanın Avropaya inteqrasiyasında yerini gücləndirməkdir. Bunlar mənim üçün qələbənin ayrılmaz tərkib hissəsi olan dörd elementdir",- deyə Kuleba bildirib. Onun sözlərinə görə, hər bir müharibə diplomatiya ilə başa çatır və istənilən halda Rusiya ilə danışıqlar aparılacaq.

Dmitri Kuleba Dmitri Kuleba

"Rusiyanın törətdiyi bu cinayətlərdən sonra biz çox sayda problemin öhdəsindən gəlməli olacağıq, lakin müharibəni bitirmək və işğal olunmuş əraziləri azad etmək şansı olarsa, biz Rusiya tərəfi ilə danışıqlar masası arxasında oturmağa hazırıq",- deyə nazir bildirib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan hərbi cinayətləri və insanlığa qarşı cinayətləri araşdırmaq üçün Ukraynaya 42 müstəntiq, məhkəmə eksperti və yardımçı heyət göndərib.

Qeyd edək ki, Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiyaya qarşı dost olmayan ilk 7 ölkəni sıralayıb. Sədr hesab edir ki, bu dövlətlər Rusiyaya qarşı qeyri-qanuni sanksiyalar tətbiq etməklə enerji və ərzaq qiymətlərinin artmasına səbəb olub. Dost olamayan dövlətlər siyahısına ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Aİ (27 ölkə), Avstraliya və Yaponiya daxildir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »