Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə sona qədər mübarizə aparacaq" - NATO böhranı
"Türkiyə sona qədər mübarizə aparacaq" - NATO böhranı

Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı danışıqlar prosesi Türkiyənin hər iki ölkədən bütün gözləntilərinin yerinə yetiriləcəyi təqdirdə başlayacaq.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın danışıb. O, qeyd eidb ki, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyiş yalnız Türkiyənin milli təhlükəsizlik problemlərinin həlli üçün konkret addımların atılması ilə mümkün olacaq. Kalın hesab edir ki, əgər ölkələr Türkiyənin şərtlərini yerinə yetirməkdən imtina etsələr, o zaman İsveç və Finlandiyanın müraciətləri üzrə danışıqlarda irəliləyiş mümkün olmayacaq.

Politoloq Tural İsmayılov Bizimyol.info-ya açıqlamasında bildirib ki, İsveç və Finlandiyanın Türkiyə siyasəti uzun illərdir ki, o qədər də uğurlu deyil. Xüsusilə İsveçin yanaşması Türkiyəni qətiyyən qane edəcək bir vəziyyətdə deyil. Çünki Türkiyədən və başqa ərazilərdən qaçaraq İsveçə sığınan və qanunsuz şəkildə orada sığınacaq alan bir çox PKK üzvləri var. Həmin PKK terroçularının İsveçdə fəaliyyəti davam eidr.

Tural İsmayılov Tural İsmayılov

Onlar müxtəlif sosial media platformaları üzərindən və İsveç mediasının imkanlarındna yararlanaraq daim Türkiyə əleyhinə propaqanda aparırlar. “İsveçin əslində öz ərazisində başqa suveren bir ölkə əleyhinə separatist və bölücü fəaliyyəti təşviq etməyi uğursuz addımlardan biridir. Bu günə qədər İsveç Türkiyə hakimiyyət qurumlarının? güc sturukturlarının bununla bağlı müraciətlərinə diqqətlə yanaşmayıb. Və indiki məsələdə İsveçin, Finlandiyanın NATO-ya üzvlüyü üçün bütün NATO üzvlərinin yekun qərarı olmalıdır.

Və NATO üzvləri razılıq verdikdən sonra NATO-ya üzv olmaq istəyən ölkələrin sənədləri ABŞ-a göndərilir və orada təsdiqlənir”,- deyən politoloq bildirib ki, hazırkı mərhələdə Türkiyənin İsveçdən əsas istəklərindən biri orada sığınacaq almış PKK simpatizianlarının Türkiyəyə təhvil verilməsidir. Lakin İsveç siyasi elitası ilkin mövqelərində həmin PKK-çıları Türkiyəyə təhvil verməyəcəyini söyləyib. Bu səbəbdən də bu proses uzanacaq.

Ekspertin sözlərinə görə, digər NATO üzvləri bu mövzuda Türkiyəyə təsir göstərməyə çalışırlar. Lakin Türkiyə beynəlxalq hüququn əsas tələblərinin icra edilməsini önəmli bir tezis halına gətirib. Digər ölkələr nə qədər Türkiyəyə təzyiq etsələr də, İsveçdə sığıncaq almış Türkiyə əleyhinə fəlaiyyət göstərən terrorçular Türkiyəyə təhvil verilməyəcəyi təqdirdə, Türkiyənin bu məsələdə geri addım atmamağına səbəb olacaq. Türkiyənin imtinası vəziyəti gərginləşdirə bilər.

“Ola bilsin? Finlandiya məsələsində Türkiyənin daha loyal münasibəti var. Çünki Finlandiya İsveç qədər antitürk mövqeli terrorçu “siyasətçilərə” meydan verməyib. Ola bilsin ki, Türkiyə Finlandiyanın üzvlük məsələsinə daha pozitiv yanaşsın. Amma İsveç məsələsində mən Türkiyənin sona qədər mübarizə aparacağını düşünürəm. İsveç NATO-ya üzv olmaq istəyirsə, yəqin ki, Türkiyənin maraqlarını nəzərə alıb yaxın gələcəkdə olmasa da, daha sonrakı dövrlərdə bəzi şəxslərin Türkiyəyə təhvil verilməsinə razılıq verə bilər”,- deyə T. İsmayılov vurğulayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »