Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya təslim olmalıdır, əks halda razılaşmayacağıq" - Ukrayna hökuməti
"Rusiya təslim olmalıdır, əks halda razılaşmayacağıq" - Ukrayna hökuməti

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, hələlik Ukrayna ilə Rusiya Federasiyası arasında barışıqdan söhbət getməməlidir. Çünki Ukrayna tərəfi Rusiya təslim olacağı, qoşunlarını Ukrayna ərazisindən çıxaracağı və təzminat ödəyəcəyi halda razılığa gələ bilər.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Arestoviç bu barədə “Ukrayna 24” telekanalının efirində müsahibəsində bildirib. O, həmçinin qeyd edib ki, bu, təkcə dövlət rəhbərliyinin prinsipial mövqeyi deyil. Eyni zamanda diplomatlar və beynəlxalq tərəfdaşlar, o cümlədən ABŞ və Britaniyanın mövqeyidir. Onun sözlərinə görə, Rusiya ilə kompromisdən və Ukraynanln bir hissəsinin Rusiya Federasiyası tərəfindən “sakitləşmə xatirinə” ilhaqından söhbət gedə bilməz.

Aleksey Arestoviç Aleksey Arestoviç

"Avropadakı xəyalpərəstlərin hər şeyin nə qədər qeyri-müəyyən olduğunu təsəvvür etməyə vaxtı var. Amma Rusiyanın hərbi məğlubiyyəti və bütün düşmən əsgərlərinin Ukraynadan çıxarılması baş tutmazsa, bunların heç biri baş verməyəcək",- deyə o bildirib.

Arestoviç hesab edir ki, hərbi əməliyyatların nəyin bahasına olursa, olsun, dayandırılması üçün yeni Minsk formatı yaratmağa çalışan ölkələr var. "Rusiyanın burada qalmasına icazə verəcəyimiz bir variant olmayacaq. Ayrı-ayrı ölkələr danışıqlara cəhd edə bilər. Amma biz axı Avropada hansı çoxşaxəli proseslərin getdiyini görürük. Onlar bəzən tərəddüd edə bilərlər. Çünki bu, Avropanın siyasət məktəbidir. Rusiya Federasiyası Fransa və Almaniya arasında üçtərəfli səviyyədə müəyyən bir oyun oynaya bilər. Bu, qəribə mövqedir”,- deyə Arestoviç vurğulayıb.

Xatırladaq ki, mayın 10-da xarici işlər naziri Dmitri Kuleba Ukraynanın Rusiya ilə müharibədə hərbi məqsədlərini dəyişdiyini və hazırda Rusiya qoşunlarını ölkədən tamamilə çıxarmağa çalışdığını bildirmişdi. O, qeyd etmişdi ki, “qələbə mənzərəsi inkişaf edən bir konsepsiyadır”.

Bir müddət əvvəl isə ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Quinn bildirmişdi ki, bu müharibədə nəyin qələbə kimi qiymətləndiriləcəyini yalnız Ukrayna özü müəyyənləşdirəcək. Bu fikir həm də Kiyev və Moskva arasında danışıqlar məsələsinə aiddir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »