Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda etirazçılarla polis arasında toqquşma olub
İrəvanda etirazçılarla polis arasında toqquşma olub

Yerevanda Nikol Paşinyanın istefasını tələb edən etirazçılarla polis arasında toqquşma olub.

Bizimyol.info info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat verib.

Bildirilir ki, təhlükəsizlik qüvvələri etirazçılardan birini saxlayıb. Həmin şəxin İrəvandakı Hrazdan stadionunun yaxınlığında ictimai avtobusa üzərinə çıxaraq Ermənistan bayrağını yelləməyə başladığı bildirilir. Deputat Aqnes Xamoyanın canlı yayımda dediyi kimi, polis onu yerə sərərək həs edib və avtobusa mindirərək polis bölməsinə aparıb.

Bundan sonra nümayişçilər polisdən avtobusda saxlananın buraxılmasını tələb edərək avtobusun yolunu bağlayıblar. Polislə etirazçılar arasında münaqişə olub. Hüquq-mühafizə orqanları hərəkatın qarşısını ala bilib. Müxalifətçi Levon Köçəryanın sözlərinə görə, bayraqla avtobusun üzərinə çıxan fəalı azad etmək mümkün olmayıb.

İndi səkkiz etirazçı qrupu şəhərin ətrafından, əsasən də kənardan mərkəzə doğru gedir. Digər etiraz aksiyası saat 17:00-a təyin edilib. Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir. Narazılığa səbəb Paşinyanın Qarabağla bağlı son açıqlamaları olub. Baş nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət İrəvanı tanınmamış respublikanın statusu tələbindən imtina etməyə çağırır və Azərbaycanın ərazi bütövlüyünün tanınmamasının vacobliyi barədə xəbərdarlıq edir.

Etirazçılar hesab edirlər ki, hakimiyyətin siyasəti ölkəni dövlətçiliyin itirilməsi ilə hədələyir və tanınmamış Qarabağ Respublikasının mövcudluğuna təhlükə yaradır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »