Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Real" "Barselona"ya rusvayçı hesabla uduzdu
Bu gün İspaniya La Liqasında ilin sonuncu "El-Klasiko”su keçirilib.

Qaynarinfo xəbər verir ki, XVII tur çərçivəsində "Real" "Barselona”nı qəbul edib.

"Santyaqo Bernabeu” stadionunda baş tutan əzəli rəqiblərin oyununda iki qol vurulub. 54-cü dəqiqədə "Barselona"dan Luis Suares hesabı açıb. 9 dəqiqə sonra qırmızı vərəqə alan Serxio Ramos "Real"ı azlıqda qoyulub. Təyin olunan penaltini Lionel Messi dəqiq yerinə yetirib. 90+3cü dəqiqədə isə Aleyks Vidal matçın yekun nəticəsini müəyyənləşdirib. Beləliklə, "Barselona" rəqib meydanında əzəli rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ötən mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olan "Real" cari birinciliyə yaxşı başlamayıb. Zinədin Zidanın rəhbərlik etdiyi kollektiv hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider "Barselona”dan 14 xal geri qalır. Lakin "Kral Klubu"nun ehtiyatda bir oyunu da var. Kataloniya təmsilçisi isə ən yaxın izləyicisi "Atletiko”nu 9 xal qabaqlayır.

Bu matç əzəli rəqiblərin La Liqada 175-ci dueli olub. Bu görüşlərdən 72-də madridlilər, 90-də isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə "Real"la "Barselona” 270-ci dəfə qarşılaşıb. Bunlardan 99-da paytaxt klubu, 112-də isə "göy-narıncılar” qələbə qazanıblar.

La Liqa

XVII tur

23 dekabr

16.00 Real Madrid - Barselona 0:3

Qollar: Luis Suares, 54. Lionel Messi, 64-pen. Aleyks Vidal, 90+3.

Qırmızı vərəqə: Serxio Ramos, 63.

Real: 1. Keylor Navas, 2. Dani Karvahal, 4. Serxio Ramos, 5. Rafael Varane, 7. Kriştiano Ronaldo, 8. Toni Kroos, 9. Kərim Benzema (6. Naço Fernandes, 66), 10. Luka Modriç, 12. Marselo, 14. Kasemro (20. Marko Asensio, 72), 23. Mateo Kovaciç (11. Qaret Beyl, 72).

Ehtiyat oyunçular: 13. Kiko Kasilya, 15. Teo Hernandes, 17. Lukas Vazkuez, 22. İsko.

Baş məşqçi: Zinəddin Zidan.

Barselona: 1. Marc-Andre ter Stegen, 3. Cerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 8. Andres İnyesta (2. Nelson Semedo, 77), 9. Luis Suares, 10. Lionel Messi, 15. Paulinyo (21. Andre Qomes, 84), 18. Jordi Alba, 20. Serj Roberto (22. Aleyks Vidal, 90+1), 25. Tomas Vermaelen.

Ehtiyat oyunçular: 13. Casper Killessen, 6. Denis Suares, 14. Xavyer Maskerano, 19. Lukas Digne.

Baş məşqçi: Ernesto Valverde.

Sarı vərəqələr: Serxio Ramos, 59. Marselo, 83 - Tomas Vermaelen, 18. Serxio Buskets, 88.

Baş hakim: Xose Mariya Sançes Martines.

"Santyaqo Bernabeu” stadionu.

Son xəbərlər
Bütün xəbərlər »