Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."

Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə etirazları beynəlxalq ictimai rəydə böyük əks-səda yaratmağa davam edir.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın aparıcı yayım təşkilatlarından biri olan Bloomberg-də Andreas Kluthun imzaladığı təhlildə iki Skandinaviya ölkəsi ilə bağlı sərt açıqlamaları ilə diqqət çəkən prezident Rəcəb Tayyib Ərdoğanın “NATO-nun arzuolunmaz adamı” olduğu bildirilib.

Digər 29 NATO-ya üzv ölkənin Finlandiya və İsveçi qucaqladığını anlayan Ərdoğanın bunu Türkiyənin başının üstündə olan terror təşkilatları ilə bağlı “hay-küy salmaq” fürsəti kimi gördüyü şərhi də təhlilə daxil edilib.

Yunanıstanın “Türkiyə hava məkanımızı pozur” iddialarına da toxunulan yazıda Ərdoğanın NATO-dakı müttəfiqi Yunanıstanı daim təhdid etdiyi, NATO-nun reaksiyalarına baxmayaraq, hava hücumundan müdafiə sistemi satın aldığı da xatırladılıb.

“Türkiyə və NATO Alyanslarda Anna Karenina Prinsipini sübut etdi” iddiasının yer aldığı təhlildə Türkiyənin NATO alyansındakı çatlamasının giriş hissəsində “bütün xoşbəxt ailələr eynidir, hər bədbəxt ailənin öz bədbəxtliyi var” ifadəsini xatırlatdığı bildirilib. “NATO Türkiyədən, AB Macarıstandan narazı” başlıqlı yazıda bu ifadələr diqqət çəkib:

“Bu, Ərdoğanın Qərbin ailə yeməyini ilk dəfə pozması deyil. O, bundan əvvəl qaçqınları Avropaya göndərməklə hədələmişdi. O, daha çox yerli tamaşaçılara oynayır, tərəfdarları onun Avropa və ABŞ-a meydan oxuduğunu görmək istəyirlər. Lakin onun Şimali avropalılara qarşı inadkarlığı xüsusilə görmə qabiliyyətinin olmamasıdır. İndi NATO, İsveç və Finlandiya Ərdoğanı öz tərəflərinə çəkmək üçün sürətli və çalışqan diplomatiyadan istifadə etməlidirlər”,- deyə məqalədə qeyd edilib.

Məqalədə Macarıstanın baş naziri Viktor Orbanın da Aİ-nin Rusiyaya tətbiq edilən neft sanksiyalarına qarşı çıxdığı, NATO və AB kimi ittifaqların “Anna Karenina” romanındakı bədbəxt ailələri xatırlatdığı şərh edilib.

Məqalədə kitabdakı Anna Karenina obrazının da Ərdoğan və Orban kimi özünü mərkəzləşdirdiyi və böyük mənzərəyə baxmadığı bildirilib.

Leyla, Bizimyol.info

P.S. Qeyd edək ki, Qərb mətbuatında belə qərəzli məqalələr hər zaman yer alır. 44 günlük müharibə zamanı bu tip məqalələr Azərbaycan əleyhinə də yazılırdı. Söhbət öz "din qardaşları"ndan gedirsə, Qərb mətbuatı Anna Karenina kimi yalnız öz bədbəxtliklərini görür. Necə deyərlər, "meymun baxdı güzgüyə, adını qoydu özgəyə"...

İndi "Ukraynanın ərazi bütövlüyü" deyərək haray qoparan həmin mətbuat öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanı "işğalçı" kimi təqdim edirdi. İndi də eynisini Türkiyəyə qarşı edirlər. Kimsə ABŞ-ı partladırsa, onu terrorçu elan edirlər, amma Türkiyəni partladanlar terrorçu deyil - Qərb mətbuatının yanaşması hər zaman bundan ibarət olub.

Son xəbərlər
Bütün xəbərlər »