Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çexiya İsveç və Finlandiyanın NATO üzvlüyünü ratifikasiya edib
Çexiya İsveç və Finlandiyanın NATO üzvlüyünü ratifikasiya edib

Çexiya İsveç və Finlandiyanın NATO üzvlüyünü ratifikasiya edib.

Bizimyol.info xəbər verir ki, Çexiya Nazirlər Kabinetinin iclasından sonra sosial media hesabından açıqlamalar verən Çexiyanın Baş naziri Petr Fiala, Çexiya hökumətinin İsveç və Finlandiyanın NATO-da iştirakını qəti şəkildə təsdiqlədiyini açıqlayıb. Qətnamə qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənməlidir.

İsveç və Finlandiyanın NATO-ya müraciət qərarını alqışladığını qeyd edən Fiala, “Putinin Ukraynaya təcavüzü hər iki ölkəni uzunmüddətli neytrallıq siyasətlərini yenidən nəzərdən keçirməyə və alyansa qoşulmaq üçün müraciət etməyə məcbur etdi. Bu ölkələrin orduları dəfələrlə müttəfiq qüvvələrlə birgə təlimlərdə iştirak edib və NATO-ya üzvlük üçün bütün kriteriyalara cavab verib. Çex hökuməti həm İsveçin, həm də Finlandiyanın üzvlüyünü qəti şəkildə təsdiqlədi. İndi Nümayəndələr Palatası və Senat da bunu təsdiqləməlidir. Amma mən heç bir problem gözləmirəm”,- deyə bildirib.

İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətindən sonra açıqlama verən Çexiyanın xarici işlər naziri Yan Lipavski, “bu gün İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti NATO üçün olduğu kimi hər iki ölkə üçün də tarixi dönüş nöqtəsidir. Biz birlikdə daha da güclü olacağıq. Çexiya bu ölkələrin NATO-ya daxil olması üçün ratifikasiya prosesinin tez bir zamanda başa çatdırılması üçün yüksək səviyyədə səylər göstərəcək”,-deyə bildirib.

Qyd edək ki, 1949-cu ildə 12 təsisçi üzvü olan NATO qurulduqdan sonra ABŞ , Almaniya, Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, Hollandiya, İngiltərə , İspaniya, İtaliya, İslandiya, Kanada, Monteneqro, Şimali Makedoniya, Latviya, Litva Lüksemburq, Macarıstan, Norveç , Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə və Yunanıstanın iştirakı ilə üzv sayı 30-a yüksəlib.

Bir ölkənin NATO-ya üzvlük ərizəsinin təsdiqlənməsi üçün ərizə əvvəlcə bütün mövcud üzv dövlətlərin hökumətləri, sonra isə onların parlamentləri tərəfindən təsdiqlənməlidir. NATO-ya üzvlük üçün isə mövcud üzvlər arasında yekdilliklə qəbul edilməlidir.

Xatırladaq ki, Türkiyə Finlandiya və İsveçin terror təşkilatı PKK/YPG-yə verdiyi dəstək və Türkiyəyə qarşı müdafiə sənayesi sanksiyaları, iki ölkənin NATO-ya üzvlüyünün mövcud problemlər aradan qaldırılmayana qədər təsdiqlənməyəcəyini qeyd edir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »