Xorvatiya prezidenti Zoran Milanoviç respublikanın NATO-dakı səfiri Mario Nobiloya Bosniya və Herseqovinada (BH) seçki qanunvericiliyində islahatların aparılması məsələsi həll olunana qədər Finlandiya və İsveçin NATO-ya qoşulmasının əleyhinə səs verməyi tapşırmaq niyyətindədir.
Bizimyol.info xəbər verir ki, bu barədə TASS məlumat verib.
"Onda mənə NATO-dakı Xorvatiya səfirinə Finlandiya və İsveçin əleyhinə səs vermək zərurəti haqqında göstəriş məktubu yazaraq, onu bu işdən çəkindirmək qalır", - Milanoviç çərşənbə günü mətbuat konfransında vurğulayıb.
Prezidentin qeyd etdiyi kimi, parlamentdə kim iki Skandinaviya dövlətinin NATO-ya qoşulması haqqında sazişin ratifikasiyasına qarşı çıxsa, həmin şəxslərXorvatiyanın milli maraqlarının müdafiəsinin tərəfində olduqlarını sübut etmiş sayılacaq.
Bununla yanaşı, dövlət başçısı hazırda Türkiyənin Helsinki və Stokholmu dəstəkləmək üçün danışıqlar aparıldığını, mövcud vəziyyətdən Ankaranın öz milli maraqları naminə istifadə etməyə çalışdığına diqqət çəkib. Bosniya və Herseqovinada seçki qanunvericiliyinin islahatı ilə bağlı həll olunmamış problemə toxunan Milanovic: "Xorvatiyanın özünü necə aparması isə əksinədir. Biz öz maraqlarımız üçün mübarizə aparmalıyıq", - Xorvatiya prezidenti deyib.
Bundan əvvəl o, Finlandiya və İsveçin hərbi-siyasi bloka daxil olmasını əngəlləmək üçün Madriddə keçiriləcək NATO sammitində veto hüququndan istifadə etməyi planlaşdırdığını bildirib. Milanoviç bu ölkələrin alyansa mümkün inteqrasiyasını “təhlükəli qumar” adlandırıb və Xorvatiya milli parlamentini Bosniya və Herseqovinada seçki qanunvericiliyində islahatlar aparılmayana və BH Federasiyasında yaşayan xorvatlara icazə verilənə qədər belə bir qərarı ratifikasiya etməkdən imtina etməyə çağırıb.
Eyni zamanda, Xorvatiya hökuməti iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına inteqrasiyasını tam dəstəkləyir və müvafiq sazişin milli parlament tərəfindən ratifikasiyasına əminliyini ifadə edir.
Qadir, Bizimyol.info