Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb

İndi sərlövhədəki ritorik suala cavab vermək çətin deyil. Rusiyanın Ukrayna müharibəsində canlı qüvvəyə çox ehtiyacı var. Bunu ukraynalı döyüşçülər xüsusi qeyd edir. Kreml qoşunları hədəflərinə daha çox böyük itkilər sayəsində çatır. Deməli, orduya mümkün qədər çox əsgər cəlb olunmalıdır. Rusiyada isə əhali müharibədə iştiraka meylli deyil. Bu mənada hərbi komissarlıqların bir-birinin ardınca yandırılması da təsadüf sayıla bilməz.

Bizimyol.info xəbər verir ki, Moskva ətrafında yerləşən Şyolkovo komissarlığı alova bürünüb. Hərbi məntəqəyə Molotov kokteyli atılıb. İki şüşə partlayıcı binanın iki otağını tamamilə yarasız hala salıb. Həmin otaqlardakı arxiv sənədləri kül olub. Yanğını həyata keçirənlər məhz məqsədyönlü şəkildə sənədlər olan otaqları yandırıblar. Yəni çağırışçıların adlarının yer aldığı kağızlar bilərəkdən məhv edilib.

Şyolkovodakı hadisə son bir ayda Rusiyada qeydə alınmış 12-ci belə yanğındır. Bir neçə gün əvvəl Volqoqradda hərbi komissarlıq alovlanmışdı. Onda da vacib sənədlər yanmışdı. Məlum məsələdir ki, yanğın aktlarını müharibəyə göndəriləcək mümkün hərbçilər həyata keçirir. Kremlin səfərbərlik ovqatı Rusiyada narahatlıqla qarşılanır. Heç kim mənasız müharibədə ölmək istəmir. Rusiyada insanlar mikrofona vətənpərvərlik nəğmələri danışa bilər, gerçək mənzərə başqadır. Əksəriyyət reallığı yaxşı anlayır. İnsanlar Kreml rəhbərliyindən qorxur. Buna baxmayaraq, Ukraynada ət maşınından keçməyi də arzulamırlar.

Prezident Vladimir Putin və müdafiə naziri Sergey Şoyqunun qurduğu ordu korrupsiyası ölkənin hərb maşınını bərbad hala salıb. Xüsusən də texniki təchizat gülünc vəziyyətdədir. Əsgərlərin döyüş hazırlığı səviyyəsi isə təxminən sıfırın ətrafındadır.

Ukraynalı hərbçilərin müsahibələrində bir məsələ xüsusi qabardılır. Rusiya ordusunun nümayəndələri ortaya təşəbbüs qoymur. Onlar sanki ürəklə döyüşmürlər. Ukraynada məsələ başqa obraz alıb. Ortada vətənin bölünməzliyi ideyası var. Rusiyalı hərbçilər isə nə üçün döyüşdüklərini düz-əməlli bilmirlər. Əksər hallarda qeyri-peşəkar davranırlar. Qarət halları, xüsusilə unitaz, ev əşyaları oğurlamaq rüsvayçılıqdan başqa bir şey deyil. Ümumiyyətlə, təcrübəsizlərin çoxluq təşkil etdiyi ordunun qələbə şansı yoxdur. Rusiya həm də xalqın tam dəstəyini ala bilməməyə görə məğlubdur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »