Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə İsveç və Finlandiyanı bloklayıb: Ankaranın haqlı tələbləri eşidilməlidir
Türkiyə İsveç və Finlandiyanı bloklayıb: Ankaranın haqlı tələbləri eşidilməlidir

İsveç və Finlandiyanın NATO üzvlüyünə qarşı çıxan Türkiyənin bunu həyata keçirmək üçün əlində ən azı üç kozır var.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Skandinaviya ölkələrindən Finlandiya və İsveç NATO-ya tam üzvlük üçün Şimali Atlantika Şurasına müraciət etməyə hazırlaşır. Hər iki ölkə öz milli parlamentlərindən NATO-ya üzvlük üçün müraciət icazəsi alıb. Ancaq Türkiyəyə qarşı fəaliyyət göstərən PKK kimi terror təşkilatlarına Finlandiya və İsveçin verdiyi dəstək səbəbindən Türkiyə bu işə xoş yanaşmır. Çünki Türkiyəyə silah embarqosu tətbiq edən Helsinki və Stokholm Ankaranın ekstradisiyasını tələb etdiyi 33 terrorçunun Türkiyədə mühakimə olunmasına imkan vermir.

Finlandiya prezidenti Sauli Niinistö Türkiyənin sərt mövqeyinin konstruktiv danışıqlarla həll oluna biləcəyini müdafiə edərkən, İsveç Stokholmda PKK-nın Suriyadakı uzantısı olan PYD və YPG nümayəndələri ilə diplomatik danışıqlar aparıb və rəsmi görüş keçirib. Proseslə bağlı Ankara ilə görüşlər davam edir. Separatçı terror təşkilatı hətta İsveçin paytaxtında Türkiyəyə qarşı yürüş təşkil edərək Stokholm və Ankaranı qorxutmağa cəhd edib. Hələ İsveç xarici işlər naziri Ann Lindenin Türkiyəyə qarşı təkəbbürlü bəyanatlarından danışmıram.

Beləliklə, bu kontekstdə İsveç və Finlandiyanın NATO üzvlüyünə isti yanaşmayan Ankara, ən azı, üç mərhələdə iki ölkənin müraciətlərini rədd edə bilər.

NATO-nun baş katibi Yens Stoltenberqə Alyansa qoşulmaq istəyi barədə rəsmi məlumat verəcək Finlandiya və İsveçin tələbləri Şimali Atlantika Şurasının iclasına təqdim olunacaq. Türkiyə iki ölkənin üzvlük məsələsinin gündəmə salınmasına, dəyərləndirilməsinə mane ola bilər. İkinci mərhələdə Ankara hazırlıq prosesini gecikdirə və ya iki ölkənin üzvlük sənədlərinin ratifikasiyasını dayandıra bilər. Çünki iki ölkənin üzv olması üçün Madrid Sammitində imzaya təqdim olunacaq üzvlük qanun layihələri hazırlanmalıdır. Daha sonra isə hər iki ölkənin konkret məhdudiyyətləri Şimali Atlantika Müqaviləsi əlavəsinə daxil ediləcək.

Üçüncü mərhələ Madrid Sammitidir. Çünki Türkiyənin bu sammitdə bir və ya hər iki ölkənin üzvlük sənədini imzalamamaq hüququ var. Finlandiya və ya İsveçin üzvlük qanunları imzalansa, ümumi rəy belədir ki, sənədlər bu dəfə milli parlament tərəfindən qəbul edilməlidir. Ancaq Türkiyə Böyük Millət Məclisi istəsə, iki ölkənin üzvlük sənədlərini təsdiq etməyə bilər. Buna tam səlahiyyəti çatır.

İndi bəzi diplomatik mənbələr Finlandiyanın Türkiyənin narahatlığını aradan qaldırmaq üçün səy göstərdiyini, İsveçin isə bu mövzuda problem yaşadığını bildirir.

Xatırladaq ki, "Financial Times" qəzetinin yazdığına görə, dünən Türkiyə bu iki ölkənin üzvlük ərizəsinin müzakirəyə çıxarılmasını bloklayıb.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »