Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Snayper qadın: “Rusiya gözlədiyimizdən zəif çıxdı” - Foto
Snayper qadın: “Rusiya gözlədiyimizdən zəif çıxdı” - Foto

Rusiya ilə Ukrayna arasında münasibətlər 2014-cü ilin əvvəllərindən korlanıb. Krımın, Donbass bölgəsinin ələ keçirilməsi Kiyevi qəzəbləndirməyə bilməzdi. Elə o vaxtdan Ukrayna ordusu güclənməyə çalışır. Hələ 2014-cü ildə əlinə silah almış snayper Yelena Belozerskayanın müharibə haqda çox sözü var.

Bizimyol.info xəbər verir ki, qadın hərbçi döyüşlərin ukraynalılar üçün gözlənildiyi qədər çətin keçmədiyini deyir. Belozerskaya hər şeyin Ukraynanın qələbəsi ilə başa çatacağına inanır.

Yelena Belozerskaya Yelena Belozerskaya

“Müharibənin ilk günlərində sanki səhra döyüşləri gedirdi. Düşmən böyük kolonlarla hücum edirdi, biz tələ qururduq, onların texnikasını məhv etməyə çalışırdıq. Rusiya ordusunun şəxsi heyəti meşələrdə pərən-pərən düşürdü. Onları hətta ovçular ələ keçirirdi. İndi düşmən daha çox artilleriyaya, uzaq zərbələrə üstünlük verir. Məqsəd mövqelərimizi sıradan çıxarmaq, sonra ələ keçirməkdir.

Düşmənin güclü tərəfi odur ki, nəyin bahasına olur-olsun, hədəfə çatmağa çalışır. Bunun üçün minlərlə hərbçi qurban verilir. Zəif cəhət odur ki, çavuş və kiçik zabit heyəti ortaya təşəbbüs qoya bilmir. Ən vacib anlarda məsuliyyəti üzərilərinə götürməyi bacarmırlar. Ümumiyyətlə, Rusiya gözlədiyimizdən zəif çıxdı”.

Snayper deyir ki, onunla birlikdə döyüşlərə qoşulan qadın çoxdur. Rəsmi rəqəmlər hərbçilərin 17 faizinin zərif cinsin nümayəndəsi olduğundan danışır. Belozerskaya cinsiyyətin heç bir fərqi olmadığına əmindir.

“Qadınların sayı getdikcə artır. Kişilər arasında hər hansı narahatlıq hiss etmirik. Fevralın 24-nü xatırlayıram. Həyat yoldaşım oyatdı, “başlandı” dedi. Necə hazırlaşdığımı bilmədim, əllərim əsirdi. 2014-cü ildə vəziyyət başqa idi. Kiyev kimi arxa cəbhə vardı. Bu dəfə isə daha çətin vəziyyətdə idik. Evdə iki uşağını qoyub gəlmiş Nadya mənə pis xəbərləri oxumamağı məsləhət görürdü. Bir neçə gündən sonra sanki xeyli rahatlıq tapdım. İndi heç nədən qorxmadığımı deyə bilərəm”.

Belozerskaya müharibənin azı bir il sürəcəyini bildirir. Onun fikrincə, Qərb Ukrayna aviasiyasını gücləndirə bilsə, həm Krımı, həm də Donbassı geri qaytarmaq mümkün olacaq.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »