Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb

Ermənistan Polisi rəisinin müavini polkovnik Ara Fidanyan müxalifətin iddialarını təkzib edib.

Müxalifət baş nazir Nikol Paşinyanı istefaya göndərmək məqsədilə ötən ayın sonundan vətəndaş itaətsizliyi ilə keçirilən aksiyalar keçirməyə başlayıb.Rusiyadan idarə olunan müxalifətin iddialarına görə, aksiyalar nəticəsində İrəvan şəhəri iflic vəziyyətinə düşüb. Bununla bağlı olaraq açıqlama verən Fidanyan parlament müxalifəti nümayəndələrinin bəyanatlarını təkzib edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, İrəvanda hərəkətin iflic olması barədə açıqlamaya cavabı Fidanyan Ermənistan Milli Məclisinin Müdafiə və təhlükəsizlik məsələləri komissiyasının iclasında verib.

“Təbii ki, nə İrəvan, nə də heç bir dövlət strukturu iflic vəziyyətində deyil. Polis öz funksiyalarını çox aydın şəkildə yerinə yetirir və deməliyəm ki, indiyə qədər hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri ümumilikdə qanun çərçivəsində olub”,- deyə Fidanyan bildirib.

Onun sözlərinə görə, “müqavimət hərəkatı” üzvlərinin vətəndaş itaətsizliyi aksiyaları 20 günə yaxındır ki, davam edir, lakin bu günə qədər polis fəalları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə etməyib. Polis rəisinin müavini bu açıqlaması ilə müxalifətin hüquq-mühafizə orqanlarının əməkdaşlarının “qeyri-mütənasib kobud güc” tətbiq etməsi ilə bağlı iddialarına cavab verib.

Xatırladaq ki, respublika Milli Assambleyasının vitse-spikeri İşxan Saqatelyan ötən gün bildirb ki, polis müxalifətdə olan “Ermənistan” parlament fraksiyasının deputatları Artsvik Minasyan və Vahe Akopyana qarşı güc tətbiq edib. O əlavə edib ki, mayın 18-i səhər saatlarından etibarən İrəvan küçələrində mərkəzləşdirilməmiş etiraz aksiyaları zamanı bir neçə yüz nəfər saxlanılıb.

“Səhərdən aksiyalar keçirilir və artıq xeyli sayda saxlanılan var. Bu hakimiyyət orqanlarının bizim hərəkətlərimizə arqessiv reaksiyasıdır. Polis sərhədi aşır",- deyə Saqatelyan bildirib.

Qeyd edək ki, aprelin 25-dən respublikanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi “Ermənistan” və “Şərəfim var” siyasi bloklarının təmsil etdiyi parlament müxalifəti etiraz aksiyaları keçirir. Onların əsas tələbi baş nazir Nikol Paşinyanın istefaya göndərilməsidir.

Paşinyan Azərbaycanla sülh sazişinə getməyin vacibliyini vurğulayandan sonra Kremlin göstərişi əsasında Rusiyayönümlü müxalifət  baş nazirin istefası tələbi ilə aksiyalar keçirir. Amma aksiyalara lazımi qədər iştirakçı toplaşmır. Paşinyan da dəfələrlə bildirib ki, aksiyada iştirak edənlərin sayı az olduğuna görə onların tələblərini nəzərə almayacfaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »