Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda əmək pensiyalarının yenidən hesablanması qaydası açıqlandı
Azərbaycanda 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması qaydası açıqlanıb.

APA-nın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və bu gündən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Məsələn, 25 iyun 2017-ci il tarixdən III dərəcə əlil hesab edilən 7 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 2065 manat pensiya kapitalı qeydə alınmış 36 yaşlı sığortaolunan şəxsin 3-cü dərəcə əlilliyə görə əmək pensiyasının məbləği 91,91 manat təşkil edir (baza hissəsi 60,5 manat + sığorta hissəsi 31,41 manat = 91,91 manat). 1 iyul 2017-ci il tarixdən onun pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən şərti çevrilməklə 91,91 manat sığorta hissəsi kimi müəyyən olunur. Yaxud 1 mart 1953-cü il təvəllüdlü sığortaolunana pensiya hüququnun yarandığı 1 mart 2016-cı il tarixdən 215 manat (baza hissəsi 110 + sığorta hissəsi 105) məbləğində yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamına əsasən onun əmək pensiyasının məbləği 1 yanvar 2017 il tarixdən 228,02 manat (baza hissəsi 110 + sığorta hissəsi 118,02) məbləğində yenidən hesablanıb. Sığortaolunanın əmək pensiyasının baza və sığorta hissələrinin cəmi 228,02 manat məbləğinin qanuna uyğun şərti çevrilməsi aparılaraq onun əmək pensiyasının sığorta hissəsi 228,02 manat məbləğində müəyyənləşdirilir.

Məsələn, I dərəcə əlil olan sığortaolunana 15 aprel 2017-ci il tarixdə 194,2 manat (baza hissəsi 132 + baza hissəsinə əlavə 11 + sığorta hissəsi 51,2) məbləğində əlilliyə görə əmək pensiyası təyin edilib. Vətəndaşın əmək pensiyasının ümumi məbləğinin şərti çevrilməsi aşağıdakı kimi aparılır:

- 161,2 manat sığorta hissəsi + 22 manat sığorta hissəsinə əlavə + 11 manat sığorta hissəsinə I dərəcə əlilə qulluğa görə əlavə = 194,2 manat müəyyənləşdirilir.

Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Məsələn, şəxsə 2017-ci ilin martında II dərəcə əlilliyə görə 200 manat (baza hissəsi 110 manat + sığorta hissəsi 90 manat) pensiya təyin edilib. İşləməkdə davam etdiyi üçün ona pensiyanın yalnız baza hissəsi ödənilib (01.07.2017-ci tarixindən pensiya tam məbləğdə ödənilir). Qanunda edilmiş dəyişikliyə əsasən onun 2017-ci ilin martından sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80 faiz artırılmaqla 2017-ci ilin 1 iyul tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınır. Bu şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və yaxud yaşa görə pensiya hüququ yarandıqda, qanuna əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə pensiyası yenidən hesablanır. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məsələn, sığortaolunan qadına 20 dekabr 2012-ci ildə yaşa görə pensiya təyin edilib və o, işləməkdə davam edir. 2017-ci il iyulun 5-də qadın pensiyasının pensiya təyin edildikdən sonra toplanmış pensiya kapitalı əsasında yenidən hesablanması barədə müraciət etmişdir. Pensiya təyin olunduqdan sonra azı 6 il işləmədiyi üçün onun pensiyası yenidən hesablanmır. Tutaq ki, 1 mart 2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunanın 01 iyul 2017-ci il tarixdən pensiyasının məbləğinin şərti çevrilməsi aparıldıqdan sonra onun pensiyası yalnız sığorta hissəsindən ibarət olmaqla 250 manat təşkil edir. Vətəndaş pensiya təyin edildikdən sonra hazıradək işləməkdə davam edir.

Son xəbərlər
Bütün xəbərlər »