Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ şirkətləri Caspian Agro 2022 sərgisində öz məhsul və xidmətlərini nümayiş etdirir
ABŞ şirkətləri Caspian Agro 2022 sərgisində öz məhsul və xidmətlərini nümayiş etdirir

ABŞ-nin Bakıdakı səfirliyi Bakıda keçirilən “Caspian Agro 2022” kənd təsərrüfatı sərgisində ABŞ-nin səkkiz şirkət və qurumunu ABŞ pavilyonu altında bir araya gətirib.

ABŞ pavilyonu fermerlərə və aqrobiznes sahiblərinə gübrə, zərərvericilərə qarşı mübarizə və idarə, damcı suvarma, mobil soyutma, aquaponika və hidroponik əkinçilik üsulları üzrə səkkiz Amerika istehsalçısı və təchizatçısı ilə şəxsən görüşmək imkanı verir. Bu məqsədlə USAID Azərbaycan bazarında təmsilçilik səylərini yaratmaqda və ya yeniləməkdə maraqlı olan potensial firmaları müəyyən edib. İştirakçı şirkətlər – Dragon-Line, Trécé, Brandt, ZipGrow, Inc., Store It Cold, Symbiotic Aquaponic və Grow More – yerli fermerlər və bizneslərlə tərəfdaşlıq etməyə və bununla da ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sektorunda iqtisadi əlaqələri gücləndirməyə çalışırlar. Bundan əlavə, Kolumbiya Dairəsi Universiteti kənd təsərrüfatı sahəsində təhsil imkanlarını təqdim edir.

“Caspian Agro 2022” sərgisi 24 ölkədən 400-dən çox şirkətin nümayəndələrini, o cümlədən 10 000-dən çox ziyarətçini bir araya gətirir. ABŞ səfiri Örl (Li) Litzenberqer, USAİD-in Missiya Direktoru Caidev Sinq və Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov öz heyətləri ilə birlikdə ABŞ pavilyonunu ziyarət edib və sərgidə iştirak edən hər bir ABŞ şirkətinin nümayəndəsi ilə söhbət ediblər.

Səfir Litzenberger deyib:

“ABŞ səfirliyi Amerikanın yeni biznes və texnologiyalarının Azərbaycanın kənd təsərrüfatı sektoruna daxil olmasını asanlaşdırmağa davam etməkdən, eləcə də ölkədə artıq fəal olan ABŞ şirkətlərinin mövcudluğunu gücləndirməyə kömək etməkdən məmnundur. ABŞ-nin innovativ məhsul və xidmətlərinə çıxışı genişləndirməklə, biz Azərbaycana öz böyük kənd təsərrüfatı potensialından daha yaxşı istifadə etməyə kömək edirik. ABŞ şirkətləri əkinçilərin və digər bazar iştirakçılarının biznes tərzini dəyişdirən kənd təsərrüfatı və suvarma sahələrində qabaqcıl texnologiyalar işləyib hazırlamış və istehsal etmişlər”.

USAID-in Missiya Direktoru Sinq əlavə edib:

“Özəl Sektor Fəaliyyətimiz ABŞ və Azərbaycanın kənd təsərrüfatı sektorları arasında faydalı əlaqələr yaradır ki, bu da məhsul məhsuldarlığının artırılmasına və Azərbaycan fermerləri ilə mühim bağçılıq biliklərinin mübadiləsinə kömək edir. USAID Azərbaycanda kənd təsərrüfatı potensialını daha da inkişaf etdirmək üçün bu əlaqələri təşviq etməyə davam edəcək”.

Son bir neçə ildə USAID ABŞ və Azərbaycan aqrobiznesləri arasında işgüzar əlaqələrin inkişafına daha çox diqqət yetirir. Bu məqsədlə USAID yerli aqrobizneslərin, ABŞ-də yerləşən Azərbaycan konsaltinq və ticarət firmaları və USAİD-in yerli və beynəlxalq əməkdaşları tərəfindən fərdi şəkildə qurulan əlaqələr kimi, müxtəlif resurslar vasitəsilə ABŞ təchizatçılarının təmin edə biləcəyi innovativ texnologiyalara olan potensial ehtiyaclarını müəyyən edir. Bu səylər sayəsində USAID ABŞ-nin innovativ kənd təsərrüfatı məhsullarının və texnologiyalarının Azərbaycana ixracını sürətləndirmək və asanlaşdırmaqda mühüm irəliləyiş əldə edib.

ABŞ-nin Caspian Agro 2022 kənd təsərrüfatı sərgisində iştirakının maliyyələşdirilməsi USAİD-in Azərbaycan Özəl Sektor Fəaliyyəti (PSA), həmçinin ABŞ Dövlət Departamenti və Ticarət Departamenti tərəfindən təmin edilir. USAID-in ölkədə bağçılıq istehsalının və emalının keyfiyyətinin və səmərəliliyinin artırılmasına, həmçinin onların yeni ixrac bazarlarına daxil olmasına kömək etmək səylərini genişləndirməklə yanaşı, PSA həm də kənd təsərrüfatının və aqroturizmin artımını sürətləndirməyə kömək edir. 1998-ci ildən USAID Azərbaycanda özəl sektorun inkişafına əhəmiyyətli birgə sərmayələr ayırmışdır.

Dövlət Departamentinin İqtisadiyyat və Biznes Məsələləri Bürosunun peşəkarlardan ibarət komandası, səfirliklərimizdə və konsulluqlarımızda 1500-dən çox iqtisadiyyat üzrə müşavirlərdən ibarət şəbəkənin vasitəçiliyi də daxil olmaqla, ABŞ iqtisadi diplomatiyasını bütün dünyada inkişaf etdirir. ABŞ Ticarət Departamentinin veb səhifəsi kiçik bizneslər üçün məlumat, lisenziya və patent müraciətləri, iqtisadi məlumatlar və ABŞ biznesləri üçün digər vacib məlumatlar təqdim edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »