Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiya və İsveç Rusiyadan qorunmaq üçün Türkiyənin dediyini etməlidir
Finlandiya və İsveç Rusiyadan qorunmaq üçün Türkiyənin dediyini etməlidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləməkdən imtina etməsi qəti olaraq “yox” demək deyil, bu, müzakirənin bir hissəsidir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “İzvestiya”ya Türkiyə parlamentindən məlumat verilib.

“Mən bilirəm ki, hamı bu ölkələrin üzvlüyünə qarşı çıxıb. Amma danışıqlar prosesi danışıqlar prosesidir. Türkiyənin nə qədər israrlı olacağını bilmirəm. Amma danışıqların olacağına inanıram. Finlandiya və İsveç terror qruplaşmalarına qarşı hərəkətə keçsələr, bu, üzvlük üçün yol açacaq”. Bu barədə Tükiyə Parlamentinin üzvü Öztürk Yılmaz bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan iki gün öncə Kürdüstan Fəhlə Partiyası (PKK) və Kürd Xalq Müdafiə Birlikləri (YPG) terror təşkilatları ilə əməkdaşlıq etdikləri üçün Helsinki və Stokholmun NATO üzvü olmasına icazə verə bilməyəcəyini bildirib.

Onu da bildirək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük iddialarını təsdiqləmək müqabilində heç bir konkret tələb irəli sürməyib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib. “Təbii ki, Türkiyə heç bir konkret tələb irəli sürməyib”,- deyə o qeyd edib. Brifinqin yayımı diplomatik departamentin “Tvitter” səhifəsində aparılıb.

Diplomat əlavə edib ki, iki ölkənin Şimali Atlantika Alyansına qoşulması məsələsi ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında mayın 18-də BMT-nin saytında keçiriləcək danışıqlarda müzakirə olunacaq.

Bir müddət əvvəl isə Avropa Birliyi diplomatı Josep Borrell Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasına etirazlarının aradan qaldırılacağına ümid etdiyini bildirmişdi. O qeyd etmişdi ki, Avropa İttifaqı Şurası bu prosesə maksimum dəstək verəcək.

Xatırladaq ki, hər iki Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumlarından qorunmaq üçün NATO-ya üzv olmaq istəyirlər.

Qeyd edək ki, Snandinaviya ölkələri "Türk düşmənliyi" mövqeyi ilə fərqlənən ölkələrdir. Zaman-zaman heç bir əsas olmadan Türkiyə əleyhinə açıqlamalarla gündəmə gəlirlər. Türkiyəyə qarşı terror aktlarını da açıq şəkildə dəstəkləyirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »