Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Fransanın 34 diplomatını ölkədən çıxarır
Rusiya Fransanın 34 diplomatını ölkədən çıxarır

Rusiya cavab tədbiri olaraq Fransanın Rusiyadakı diplomatik qurumlarının 34 əməkdaşını persona non qrata elan edib, onlara ölkəni tərk etmək üçün iki həftə vaxt verilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda qeydedilib.

“Mayın 18-də Fransa Respublikasının Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Fransa hakimiyyətinin Rusiyanın Fransadakı diplomatik qurumlarının 41 əməkdaşının arzuolnmaz şəxs elan etməsi ilə bağlı təxribat xarakterli və əsassız qərarla əlaqədar kəskin etiraz bildirilib. Bu addımın Rusiya-Fransa münasibətlərinə və konstruktiv ikitərəfli əməkdaşlığa ciddi ziyan vurduğu vurğulanıb.

"Cavab olaraq, Fransanın Rusiyadakı diplomatik qurumlarının 34 əməkdaşını "persona non-qrata" elan edilib. Səfirə müvafiq notanın təqdim edildiyi andan iki həftə ərzində onların Rusiya ərazisini tərk etmələri ilə bağlı əmr verilib", - deyə Rusiya XİN məlumatında qeyd edilib.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü brifinq zamanı bildirib ki, Fransa Rusiyanın fransız diplomatlarını Moskvadan qovmaq qərarından təəssüflənir və bunu əsassız hesab edir: “Rusiya hakimiyyətinin qərarının heç bir hüquqi əsası yoxdur”, - deyə diplomat bildirib.

O: “Biz buna yalnız təəssüf edə bilərik”, - deyə qeyd edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra bğzi ölkələr Rusiyanın səfirlik əməkdaşlarını "persona non-qrata" elan edərək ərazilərini tərk etmələrini bəyan etdiblər. Rusiya da həmin ölkələrə adekvat cavab verməyə cəhd edib. Rusiyanın diplomatik xidmətinin əhatə dairəsi azalan xətt üzrə gedir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »