Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"

Rusiya ordusundan təqaüdçü olan polkovnik Mixail Xodaryonok Rusiya dövlət televiziyasında iştirak etdiyi proqramda Rusiyanın Ukraynaya hücumlarını tənqid edərək “Vəziyyət getdikcə pisləşir, Ukrayna ordusu 1 milyon insanı silahlandıra bilər” deyib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları fonunda istefada olan Rusiya ordusunun polkovniki Mixail Xodaryonok Rusiyanın dövlət televiziyası “Rossiya-1”də Olqa Skabeyevanın təqdim etdiyi “60 dəqiqə” proqramında Rusiyanın Ukraynaya hücumlarını tənqid edib. Xodaryonok qeyd edib ki, Rusiya ordusu üçün Ukraynada vəziyyət pisləşib. Onun sözlərinə görə, Ukrayna Qərbdən əlavə hərbi yardım aldığından Rusiya üçün vəziyyət açıq şəkildə pisləşir. Çünki artıq Ukrayna bir milyon insanı silahlandıra bilər.

Rusiyanın Ukraynadakı əməliyyatlarına görə bütün dünyanın onlara qarşı durduğunu bildirən polkovnik əlavə edib ki, Rusiyanın hərbi və siyasi vəziyyəti ilə bağlı ən böyük problem tam təcrid vəziyyətində olması və bütün dünyanın Rusiayaya qarşı olmasıdır: “Etiraf etməyə nə qədər nifrət etsək də, bütün dünya həqiqətən bizə qarşıdır və biz bu vəziyyətdən çıxmalıyıq”.

Xodaryonokun sözləri studiyada soyuq duş effekti yaradıb və verilişin aparıcısı Skabeyeva dəfələrlə ehtiyatda olan polkovnikin sözünü kəsməyə çalışıb.

Olqa Skabeyeva Olqa Skabeyeva, "60 dəqiqə" proqramının aparıcısı

Xatırladaq ki, bir müddət əvvəl AB-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell müdafiə siyasətlərinin Ukraynadakı müharibənin təsiri ilə müzakirə edildiyini ifadə edərək Ukraynadakı müharibəni “tam bir müharihə, bir oyanış” adlandırıb. Avropa və ABŞ-ın Ukraynaya hərbi yardımı Rusiyanı həqiqətən də çətinə salıb. Üstəlik, NATO təlimi görmüş Ukrayna ordusu daha yüksək peşəkarlıq göstərir.

Bir neçə gün əvvəl Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdi ki, 1 milyon nəfəri silahlandırmaq lazımdır. Rəsmi Kiyev artıq açıq şəkildə bəyan edir ki, məqsəd bütün ərazilərin, o cümlədən Krımın Rusiya işğalından azad edilməsidir. Rusiya ələ keçirdiyi əraziləri saxlamaq üçün müdafiə xətti inşa etsə də, Ukrayna tərəfi bununla razılaşmayacağını bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »