Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hamı təyyarə bileti ala bilmir.., gözləyir ki, quru sərhədlər açılsın"
"Hamı təyyarə bileti ala bilmir.., gözləyir ki, quru sərhədlər açılsın"

“Fevralın 24- dən etibarən Ukraynada hərbi əməliyyatların başlaması, istər-istəməz MDB məkanı miqrasiyasının panoramasına təsirini göstərdi. Bu təsir ondan ibarət oldu ki, elə təkcə Ukrayna ərazisində milyonlarla insan yaşadıqları yeri tərk etmək faktı ilə üz-üzə qaldılar. Onların təqribən 6 milyon çox hissəsi ölkənin hüdudlarından kənarda Almaniya, Polşa, Rumıniya və s. ölkələrdə qaçqın kimi məskunlaşıb. Və ölkə əhalinin çox hissəsi elə Ukrayna daxilində qaçqın kimi yerdəyişməyə məruz qalıblar. Ukraynanın nisbətən sakit olan əyalətlərində məskunlaşıblar. Bu isə, böyük bir humanitar böhranın baş verməsindən xəbər verir”.

Bu barədə Bizimyol.info xəbər portalına Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov danışıb. O, qeyd edib ki, belə bir vəziyyətdə Azərbaycana da gələn miqrant axında bu özünü göstərir. Belə ki, əgər normalda il ərzində ölkə ərazisində olan Ukraynalı vətəndaşların sayı 3-4 min civarında olurdusa və miqrantlarla bağlı sıralamada beşliyə daxil olmurdusa, artıq Ukrayna dördlüyə daxil olub. Bu gün ölkə ərazisində yaşayan Ukraynalı miqrantların sayı təqribən 8 mindən yuxarıdır. Təbii ki, bura gələn şəxslər, Azərbaycan qanunverciliyinin şərtləri əsasında ölkədə qala bilirlər. Yəni 90 gün ərzində qeydiyyata düşürlərsə, qala bilirlər. Bundan sonra daimi yaşamaq və ya qaçqın statusu almaq üçün müraciət edə bilərlər. Onların müraciətləri nəzərdən keçirilir və 3 ay ərzində qərar verilir. Ümumi vəziyyət, Ukrayna ilə bağlı belədir.

Azər Allahverənov Azər Allahverənov

“Biz qonşu dövlətlərə nəzər salanda görürük ki, Gürcüstanda və Ermənistanda kifayət qədər Ukrayna vətəndaşları var. Azərbaycan gələn Ukrayna vətəndaşlarının müəyyən bir qismi ya etnik azərbaycanlılar, ya da azərbaycanlılarla nikahda olan şəxslərdir. Yəni bu insanların Azərbaycanda qalması üçün dil problemləri yoxdur” - deyə ekspert bildirib.

  • Rusiyanın Gürcüstan, Ukrayna, Finlandiya və İsveçlə olan gərgin münasibəti bizim miqrasiya strategiyamıza təsir edə bilərmi?

Ekspert bildirib ki, Skandinaviya ölkələri müstəvisində miqrasiya proseslərinə səbəb olan bir haldır. Və bu, proqnozlaşdırılandır. Amma Azərbaycana həmin ərazilərdən miqrant axının gəlməsi demək olar ki, mümkünsüzdür. Çünki onlar daha çox Avropaya köçəcək kontingent hesab edilir.

  • Rusiyadakı həmyerlilərimizin durumu...

Azər Allahverənovun sözlərinə görə, bu gün müxtəlif mənbələrdən əldə olunan məlumatlara görə, Ruiyada 500 min Azərbaycan vətəndaşı yaşadığı bildirilir. Əvvəlki illərdə bu daha çox idi. Pandemiya səbəbindən quru sərhədlərdə məhdudiyyətin tətbiq olunması təbii ki, iki dövlət arasında miqrasiya mübadiləsinə mənfi təsir göstərdi.

“Qiymətlər baha olduğu üçün hər kəs təyyarə ilə bilet alıb gələ bilmir. Buna görə, hamı gözləyir ki, quru sərhədlər açılsın. Quru sərhədlər açıldıqdan sonra iki ölkə arasında miqrasiya mübadiləsi intensiv xarakter alacaqdır. Digər tərəfdən isə, biz bilirik ki, Rusiya çox güclü iqtisadi sanksiyalar məruz qalır. İqtisadi sanksiyalar məruz qalması nəticəsində bir çox sahələrdə iqtisadi tənəzzül yaşanmaqdadır. İş yerlərinin bağlanması, müəyyən layihələrin dayandırılması, müəyyən şirkətlərin Rusiyada fəaliyyətinin məhdudlaşdırılması kimi məsələlər təbii ki, orada yaşayan miqrant qruplara da öz təsirini göstərir. Bizim miqrantlar daha çox ticarət sahəsindədir. Amma ticarət sahəsinin özündə də müəyyən narahatçılıqlar var. O sahədə gəlirlərin azalması, iş yerlərinin itirilməsinə səbəb olan proseslərlə nəticələnir. Eynilə də o sahədə çalışan miqrantlar eyni zamanda bizim vətəndaşlar bunu öz üzərində hiss edirlər.

Tikinti sektorunda, layihələrin dayandırlması, sənayenin müxtəlif istiqamətlərində iş yerlərinin bağlanması bizim miqrantlara da öz təsirini göstərir. Çünki qeyri-ticarət sahəsində də, iqtisadiyyatın digər sahələrində də, bildiyiniz kimi bizim miqrantlar təmsil olunur.

Rusiya cəmiyyətində iqtisadi müstəvidə baş verən hadisələr, bu və ya digər formada onlara da təsir edir. Amma hələ ki, kütləvi köç yoxdur. Kütləvi köçün olmasını da gözləmirik. Çünki bizim miqrantlar daha dinamikdirlər. Və baş verən hadisələrə adekvat uyğunlaşa bilirlər. Bunu əvvəlki təcrübələr də göstərir.

Bu gün real rəqəmlər ondan ibarətdir ki, 500 mindən çox insanın təxminən 200 mindən bir qədər çoxu rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olur. 100-150 mini isə qeyri rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğul olur” - deyə Allaverənov bildirib. Onun sözlərinə görə, qeyri-rəsmi dedikdə onlar öz bizneslərini kənardan idarə edir, birbaşa özləri məşğul olmur. Qanunvericiliyin imkan verdiyi şəkildə ölkə ərazisində qalırlar. Öz bizneslərini öz adlarına rəsmiləşdirməyərək, kənardan idarə edə bilirlər. Digər 150-200 min nəfər isə onların ailə üzvləri və uşaqlarıdır. Real olaraq, 300 minlik kontingent orada əmək fəaliyyəti ilə məşğuldur. Onların bir qismi iş yerlərini itirdiyi zaman digər sahələrdə iş axtramağa çalışan şəxslərdir. Onların müəyyən gəlirləri var və kütləvi şəkildə Azərbaycana qayıtmaqda maraqlı deyillər.

Hadisələrin hələlik bu səpkidə baş verməsi belə qənaətə gətirib çıxarır:

“Hadisələr bir neçə ay davam edərsə, qeyd etdiyim kateqoriyadan olan bizim miqrantların da vəziyyətinə iqtisadi-sosial təsir edərsə, təbii ki, qayıdış baş verə bilər. Ölkənin miqarnt axınına hazır olub-olmaması məsələsinə gəldikdə isə, təbii ki, bunların hamısı Azərbaycan vətəndaşlarıdır. Onların burada evləri, işləri müəyyən imkanları var və onlara Azərbaycana qayıtdıqdan sorna çox rahat şəkildə cəmiyyətə reinteqrasiya oluna bilən qruplardır”.

Ekspert vurğulayıb ki, qanunvericiliklə hər bir vətəndaşa şamil oluna hüquqlar onlara da şamil edilir.

“Necə ki, biz bu ölkədə öz hüquqlarımızdan istifadə ediriksə, onlar da istifadə edəcək. Ölkənin bu baxımdan öz vətəndaşlarını qəbul etmək imkanı şübhəsiz ki, qanunvericiliklə verilən imkanlar daxilindədir. Onları bu ölkədən uzaqlaşdıran faktorlar olub. Miqrantlar hər zaman daha yaxşı həyat axtaran şəxslərdir. Yüksək məvacibli iş, daha çox gəlirli iş axtaran insanlardır ki, xarici ölkələrə üz tuturlar. Azərbaycana gəldikdə isə, düşünürəm ki, onlar orada topladıqları bacarıqları çox rahat şəkildə reallaşdıra bilərlər və qayıdan zaman onların əlində hər hansı bri vəsait ola bilər ki, onlar hər hansı bir sahəyə yatıra bilər” - deyə sədr əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »