Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə Yunanıstanla bağlı etdiyi səhvi İsveçlə bağlı etməyəcək"
"Türkiyə Yunanıstanla bağlı etdiyi səhvi İsveçlə bağlı etməyəcək"

“Türkiyə NATO-nun ikinci ən böyük hərbi gücü olan ölkəsidir. Türkiyə NATO-ya 1949-cu ildə qatılıb. İsveç və Finlandiya bitrəəf ölkələrdir. Bu günə qədər NATO-ya üzv olmaq üçün müraciəti yox idi. Ukraynda müharibə başladıqdan sonra təhlükədə olduqlaırnı hiss etdilər. Müharibə başlayanda belə bir arzularının olduğunu bildirdilər. Keçən həftə isə iki ölkənin baş naziri Stokholmda görüşdü və NATO-ya üzv olma qərarı verdilər”.

Bu barədə Bizimyol.info-ya Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç danışıb. Onun sözlərinə görə, İsveç bu günə qədər Türkiyənin ərazi bütünlüyünə zərər verən PKK -nın tərəfdaşlarını himayə edib. Onların İsveç məclisinə girməsinə imkan verib. Geri qaytarılmaları tələb edilən zaman geri qaytarmayıb. Yəni Türkiyənin ərazi bütünlüyünə zərər verənləri himayə ediblər.

Hulusi Kılıç Hulusi Kılıç

İndi isə İsveç və Finlandiya öz ərazilərinin bütövlüyü təhlükədə olduğu üçün NATO-ya üzv olmaq istəyirlər. “Siz Türkiyənin ərazi bütövlüyünə zərər verən ünsürləri - PKK-nı dəstəkləyəcəksiniz, Türkiyə səsini çıxaramayacaq. Amma indi sizin ərazi bütövlüyünüz təhlükədədir və sizi Türkiyə dəstəkləməlidirmi? Belə bir şey ola bilməz. Bunu öncədən deyim ki, NATO-ya üzv olmaq üçün bütün dövlətlərin qərarı olmalıdır. Türkiyə "yox" deyərsə, onlar NATO-ya daxil ola bilməzlər. Yəni Türkiyə istəmədiyi halda NATO-ya daxil olmaq mümkün deyil. Belə bir qayda yoxdur”.

H.Kılıçın sözlərinə görə, cənab Prezident Rəcəp Tayip Ərdoğanın davranışı onların PKK ilə əməkdaşlıqlarından qaynaqlanır. “Terroru dəstəkləyən ölkələrin NATO-da yeri vardırmı? Yoxdur! Türkiyəyə zərər verən bir ölkəni Türkiyə NATO-da görmək istərmi? Yox. O zaman nə olacaq? Bu ölkələr ərazilərində olan, Türkiyəyə zərər verən bütün ünsürləri, bütün terrorçuları oradan atmalıdır. Və Türkiyə ilə razılığa gəlmək üçün müqavilə təklif etməli və Türkiyəni inandırmalıdır. Bundan sonra Türkiyə razı olarsa, onlar NATO-ya üzv olacaq. Belə olacaq”,- deyən keçmiş səfir bildirib ki, Türkiyə keçmişdə, 1980-ci ildə çox pis bir təcrübə yaşayıb. Belə ki, o dövrdə Yunanıstan NATO-ya geri dönmək istədiyi zaman Yunanıstanın geri dönməsinə icazə verib.

“Daha əvvəl Yunanıstan NATO-dan çıxmışdı. Bu zaman Türkiyə Yunanıstanın NATO-ya daixl olmasına icazə verdi. Amma yunanlar bizə çox problem yaşatdılar. Buna görə də, “süddən ağzı yanan qatığı üfləyərək yeyər” - belə bir atalar sözü var. Yəni bizim keçmişdə çox pis təcrübəmiz olduğu üçün onların bir an əvvəl Türkiyəni inandırması lazımdır.

Türkiyə nə 1980-lərin, nə 1990-ların Türkiyəsi deyil. Türkiyə artıq regional gücdür. Qlobal güc olma yolundadır. Bu səbəbdən də bunlar ağıllarını başına yığıb, Türkiyəyə zərərə verəcək heç bir ünsürü torpaqlarında saxlamamalıdır. Bunu gözləyirik”,- deyən Kılıç bildirib ki, Türkiyə artıq G20-də olan regional gücdür. Türkiyənin istəmədiyi halda bu iki ölkə NATO-ya daxil ola bilməz.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »