Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin icra olunmayan qərarı: Ticran sakinlərinə su əvəzinə "söz" verilir
Prezidentin icra olunmayan qərarı: Ticran sakinlərinə su əvəzinə "söz" verilir

Bir müddət əvvəl Bizimyol.info xəbər portalına İsmayıllı rayon Ticran kəndi sakinləri susuzluqdan əziyyət çəkdikləri barədə məktub ünvanlayıblar. Məktubda Ticran kəndinin 5-6 əsr bəli, bəli yanlış anlamadınız 500-600 ildir ki, susuzluqdan əziyyət çəkdikləri deyilir.

Məktubda deyilir: “Gözəl təbiəti olan Tircan kəndində müalicəvi əhəmiyyəti olan sular var. İsmayıllı rayonun mərkəzindən 23 km cənub- şərqdə Şamaxı-İsmayıllı avtomobil yolu kənarında, dağ ətəyində(mərkəzin hündürlüyü 893 m) hündürlükdə yerləşən bu qədim və füsunkar kənd turistlər üçün də cəlbedici zonadır. Bütün bunlara baxmayaraq bu kənddə su çatışmazlığı onilliklərdir mövcuddur. Daha doğrusu əsrlərlə. Bunu İsmayıllının, bütün icra başçıları da bilib. Elə rayonun indiki icra başçısı da bunu çox gözəl bilir və kəndə gələrkən təsdiq də edib. Amma nə fayda”….

Ticranlıların iddialarına görə, Sovet dövrü Tircan qadınları suyu səhəng ilə kəndin bulaqlarından daşıyırdılar. İndi o bulaqlar ya quruyub, ya da işə yaramır və artan yerli əhali (hazırda kənddə 1000-dən çox ev var) su tələbatını daha da çətinliklə ödəyir. Yəni, su problemi ildən-ildən ağırlaşır.

Əvvəllər əhali suyu kəndin yuxarıbaşında bulaqdan daşıyırdısa, 8 il əvvəl guya paylayıcı boru şəbəkəsi təşkil olunub və bulaqdan evlərə guya su xətləri çəkilib. Amma relalıqda belə deyil, suyun yalnız adı var. Çünki hamı eyni zamanda bu sudan istifadə etdikdə, hamıya çatmır. Ya da təzyiq az olduğundan həddən artıq zəif gəlir ki, bu da suyun olmaması kimi bir şeydir. Buna görə kənd sakinləri məcburdurlar ki, bu mənbədən bir-birlərindən xahiş edib növbə ilə istifadə etsinlər. Sakinlər məcbur olub hətta öz vəsaitləri hesabına dağın döşündən plastik borularla su çəksə də bu da məsələni həll etmir, çünki bu cür də su az qala damcı-damcı gəlir. Bu səbəblərdən əhalisi 3000-dən çox olan kəndin sakinləri məcburiyyət qarşısında qalıb çox vaxt içməli suyu marketlərdən və kəndə gələn su maşınlarından ödəniş etməklə alırlar. İndi içməli suyu pulla aldıqlarını deyən şikayətçi sakinlər bildirir ki, bu maddi baxımdan onlara baha başa gəlir. Tircanlıların problemlə bağlı yerli icra nümayəndəsinə, bələdiyyəyə, icra hakimiyyətinə illərdir etdikləri çoxsaylı müraciətləri isə nəticəsiz qalır. Daha doğrusu, illərlə sakinlərlə su əvəzinə sadəcə söz verilib.

Nəzərə alsaq ki, kənd əhalisi əsasən təsərrüfatla və heyvandarlıqla məşğuldur, suyun onlar üçün nə qədər vacib olması daha aydın olar. Yayda suya təlabat artdığından kəndə su problemi lap dözülməz olur. Yaşayış yerlərində əhalinin su tələbatının vəziyyəti ilə tanış olmaq üçün rayonun məsul şəxsləri, əvvəlcə Tircan kəndinə olublar. Yerli icra hakimiyyəti, suvarma sistemləri idarəsi və bələdiyyənin nümayəndələri, həmçinin mövzu üzrə mütəxəssislər su təchizat sisteminin vəziyyəti ilə tanışdırlar.

Qeyd edək ki, İsmayıllı İcra Hakimiyyətinin rəsmi saytında bildirilir ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə, bir neçə kəndi ilə birlikdə Tircan kəndində subartezian quyularının qazılması sənəddə yer alır.

İcra Hakimiyyəti, subartezian quyusunun qazılması üçün kəndin coğrafi relyefinin əlverişli olmamasını "əsas" göstərərək digər mənbələrin araşdırılmasının zəruriliyini qeyd edib.

Rəsmi məlumatda bildirilir ki, kəndin “Soltanlıq” adlı yüksəkliyində mövcud olan və Tircan əhalisinə yetişməyən bulaq, sakinlərin ehtiyacını ödəyə biləcək qədər bol suya malikdir. Suyun bir hissəsinin kəndin anbarına yönləndirilməsi təklif olunub və bu məqsədlə mühəndis araşdırmalarının aparılacağı bildirilib. Amma bütün bunlar sadəcə söz olaraq qalıb. Prezidentin su təminatı ilə bağlı qərarı icra olunmayaraq qalıb.

Ticran sakinlərinin su problemi ilə bağlı “Azərsu” ASC, İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sorğular ünvanlamışıq. Ticranlıların su probleminin nə zaman həllini tapacağı məhz bu qurumların sorğuya verəcəkləri cavabda qeyd ediləcək. Biz də öz növbəmizdə sizi məlumatlandıracağıq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »