Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin cərrah masasına uzanıb: "Qarın boşluğuna maye yığılıb" - Xarici media
Putin cərrah masasına uzanıb: "Qarın boşluğuna maye yığılıb" - Xarici media

İngiltərənin “Express” qəzeti xəbər verir ki, səhhəti ilə bağlı fərziyyələrin gücləndiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putin bu günlərdə qarın boşluğuna yığılmış mayenin çıxarılması üçün cərrahiyyə əməliyyatına məruz qalıb. Məlumatda deyilir ki, əməliyyat "rahat və fəsadsız keçib".

Bizimyol.info “Express” qəzetinə istinadən xəbər verir ki, mayın 12-dən 13-nə keçən gecə həya keçirilmiş əməliyyatın xərçəng xəstəliyi ilə əlaqəli olmadığı bildirilir. Putin əməliyyata görə hökumət rəsmiləri ilə planlaşdırılan görüşü buraxmalı olub.

“Express ” xəbər verir ki , bunun əvəzinə iclasda prezidentin əvvəlcədən lentə alınmış videomüraciəti səsləndirilib. Media orqanı həmçinin “Telegram”-da yayılmış bir paylaşımın tərcüməsini verib: “Diqqət edin: bu cərrahiyyə əməliyyatı prezidentə tövsiyə edilən və hələlik baş tutmayan əməliyyat deyil”.

Belə başa düşülür ki, Putinə daha ciddi bir əməliyyat tövsiyə olunur, amma o hələlik buna razılıq vermir. Bir neçə gün əvvəl baş tutmuş əməliyyat isə həkimlərin israrla tövsiyə etdiyi həmin ciddi əməliyyat deyil.

“The New York Post” qəzeti yazır ki, Putinin əməliyyatı və sonrakı proseslər ertəsi gün “dipfeyk” texnologiyasından istifadə edilərək ört-basdır edilib. Bununla belə, bu iddiaları təsdiq edən dəlillər yoxdur.

Putinin səhhətinin pis olması ilə bağlı fərziyyələr son bir neçə həftədir ki, Ukraynada müharibənin qızışdığı bir vaxtda güclənib. Bundan əlavə, Rusiya lideri ilə yaxın əlaqələri olan bir oliqarxın “Putin qan xərçəngi ilə bağlı ağır xəstədir” dediyi iddia olunur. ABŞ-ın “New Lines” jurnalının əldə etdiyi səs yazısında adı açıqlanmayan oliqarxın Qərbin kapital biznesmeni ilə Putinin səhhətini müzakirə etdiyi eşidilir və ağır xəstəlik barədə məlumat verir.

Rusiya prezidentinin səhhəti ilə bağlı xəbərlər onun “9 May Qələbə Günü” tədbirləri də daxil olmaqla ictimai tədbirlərdə zəif görünməsindən sonra gündəmə gəlib. Sosial mediada yayılan foto və videolarda “Qırmızı Meydan”da keçirilən hərbi parada baxmaq üçün İkinci Dünya Müharibəsi veteranları və yüksək vəzifəli şəxslərin arasında oturarkən Putinin ayaqlarının üstündə qalın yaşıl örtük görünür.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »