Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"HRW": Rusiya qüvvələri “açıq-aşkar müharibə cinayətləri” törədib
"HRW": Rusiya qüvvələri “açıq-aşkar müharibə cinayətləri” törədib

Rusiya Ukraynanın işğalına başladıqdan bir neçə həftə sonra Kiyev ətrafındakı əraziləri və ölkənin şimalındakı Çerniqov vilayətinin bəzi hissələrini işğaledib. Rusiya hərbi qüvvələri işğal etdikləri ərazilərdəki mülki şəxsləri yaranmış qısa müddətli vəziyyətdən sui-istifadə edərək edamlara və “açıq-aşkar müharibə cinayətləri” sayılan digər ağır işgəncələrinə məruz qoyublar.

Bizimyol.info xəbər verir ki, bu barədə "Human Rights Watch" (HRW) məlumat verib.

Məlumata görə, "HRW" aprel ayında QHT-nin bəzi əməkdaşlarının əvvəllər işğal olunmuş ərazilərə səfəri zamanı 17 kənd və kiçik şəhərdə 22 açıq-aşkar edam, doqquz qeyri-qanuni qətl, altı mümkün zorla yoxa çıxma və yeddi işgəncə hadisəsini araşdırdığını bildirib.

Çərşənbə günü "Human Rights Watch"ın dərc edilən yeni hesabatda onun nəticələri keçmiş məhbuslar, işgəncədən sağ çıxanlar, qurbanların ailələri və digər şahidlər də daxil olmaqla 65 nəfərlə aparılmış müsahibələrə əsaslanan faktlar yer alıb. "HRW" həmçinin iddia edilən bəzi sui-istifadə hallarının baş verdiyi yerlərdə fiziki sübutları, həmçinin qurbanlar və şahidlər tərəfindən paylaşılan foto və videoları araşdırdığını bildirib.

"HRW"nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Giorgi Gogia: "Müharibənin əvvəlində Ukraynanın şimal- şərqinin bəzi hissələrini işğal edən Rusiya qüvvələrinin çoxsaylı vəhşilikləri iyrənc, qanunsuz və qəddardır əməllər törətdiyi barədə faktlar aşkarlanıb", - deyə bildirib. “Mülki insanlara qarşı edilən bu sui-istifadələr dərhal və qərəzsiz şəkildə araşdırılmalı, törədilən hadisələr lazımi qaydada mühakimə edilməli olan müharibə cinayətləridir”,- Deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »