Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da ailələr çıxılmaz vəziyyətə düşüb: Uşaq qidaları qıtlığı yaranıb
ABŞ-da ailələr çıxılmaz vəziyyətə düşüb: Uşaq qidaları qıtlığı yaranıb

ABŞ-da körpə qidaları bazarında qıtlıq yaranıb. Bu səbəblə ölkədə donor ana südünə maraq artıb.

Bizimyol.info xəbər verir ki, Şimali Amerika İnsan Südü Bankçılığı Assosiasiyası, xüsusilə Texas, İllinoys və Kaliforniyada donor südü haqqında soruşan insanların sayının görülməmiş şəkildə artdığını bildirib. Təşkilatın icraçı direktoru Lindsay Groff məsələ ilə bağlı açıqlama verən zaman bildirib.

"Biz mütləq tələbatın artdığını və bu böhranın zirvəsində ailələrin donor südünü araşdırdığını, onun təhlükəsiz bir seçim olub-olmadığı ilə bağlı maraqlandıqlarını müşahidə edirik”.

Lindsay Groffun sözlərinə görə, bu böhran davam etdikcə, insanlar körpələri üçün təhlükəsiz alternativlər tapmağa can atırlar. “Bu tələbin daha da artmağa davam edəcəyindən şübhələnirik”,- deyə Groff bildirib.

Neonatal mütəxəssis və Health Milk Bank-ın baş meneceri Lisa Stellwagen, xüsusilə may ayında axtarışların artdığını söyləyib.  Stellwagen onu da əlavə edib ki, digər insanlara kömək etmək üçün süd vermək istəyən qadınların sayı da artmaqdadır. O bildirib ki, sifarişlər təkcə son bir həftədə 10-20 faizdən daha çox artıb.

Qeyd edək ki, ABŞ-da davam edən uşaq qidası qıtlığı səbəbindən ailələr rəflərdə uşaq qidası tapmaqda çətinlik çəkirlər. Bəzi valideynlər körpələrini tapdıqları markaların qarışıqları ilə qidalandırmağa başlayıblar, lakin bu, körpələrdə ciddi allergik reaksiyalara səbəb olub.

Xarici media yazır ki, Nyu York supermarketlərində uşaq qidası satılan rəflərin tamamilə boş olması vəziyyətin ciddiliyini ortaya qoyur.

Xatırladaq ki, hazırda ölkədə donor ana südü ilə bağlı heç bir federal qaydalar yoxdur. Bəziləri donor südünü qeyri-kommersiya süd bankları və ailə üzvləri, dostlar, icmalar və valideyn qrupları kimi qeyri-rəsmi kanallar vasitəsilə əldə etməyə çalışırlar.

Ekspertlər isə insanların alternativ variantları araşdırarkən son dərəcə diqqətli olmalarının lazım olduğunu və buna qarşı dəfələrlə xəbərdarlıq etdiklərini söyləyirlər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »