Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada ərzaq böhranı başlayıb: Afrika torpaqlarına göz dikib
Fransada ərzaq böhranı başlayıb: Afrika torpaqlarına göz dikib

Rusiyanın müharibəsi ilə Ukraynada Avropanın taxıl anbarı kimi tanınan 40 milyon ton taxıl ehtiyatının ixracının qarşısı alındı və buğda qiymətləri son 14 ilin ən yüksək səviyyəsinə qalxaraq bu böyük iqtisadiyyatlarla yanaşı kasıb ölkələri də ərzaq böhranı ilə üz-üzə qoyub.

Bizimyol.info xəbər verir ki, Avropanın taxıl idxalının 40 faizinin Rusiya və Ukraynanın payına düşməsi səbəbi ilə böhrandan ən çox təsirlənən də Avropa ölkələri olub.

Bundan əlavə dünyanın ən böyük taxıl məhsulları istehsalçılarından biri olan Hindistanın ölkədə artan temperaturun quraqlığa səbəb ola biləcəyini əsas gətirərək kənd təsərrüfatı məhsullarına embarqo qoyması, Avropanı qida böhranı və təhlükəsizlik mövzusunda təşvişə salıb.

Taxıl ixracatında qonşuları arasında birinci yerdə olan və ərzaq böhranından ən çox əziyyət çəkən Fransa böhrandan çıxmaq üçün gözünü Afrikadakı böyük əkin sahələrinə dikib.

Hazırda qitədə fransızdilli ölkələrin mühüm kənd təsərrüfatı məhsullarının ən böyük alıcısı olan Fransa buğdanın, əsasən də əsas kənd təsərrüfatı məhsullarının əkilməsi ilə bağlı əlavə layihələrin reallaşdırılması istiqamətində hərəkətə keçib. Bildirilir ki, Fransanın bu layihələr üçün müəyyən etdiyi ölkələr arasında Seneqal və Mavritaniya da var.

Paris rəhbərliyinin ilk mərhələdə bu iki ölkəni hədəf almasının səbəbi kimi Sahel bölgəsindəki mövcud terror təhlükəsi və Mali ilə yaşanan diplomatik böhran qeyd edilərkən, Rusiyanın Seneqalda təsirinin daha az hiss olunmasının səbəblərindən biri kimi qeyd edilir. Digər səbəb kimi Fransanın Seneqal, Fil Dişi Sahili, Niger və Mavritaniya ilə yüksək hərbi və iqtisadi əməkdaşlığı göstərilir.

Bildirilir ki, ölkədə xüsusilə günəbaxan yağı və kartof kimi əsas ərzaq məhsullarının ehtiyatlarının sürətlə tükənməsi və tədarük zəncirindəki çətinlik Fransanı “təcili həll”ə sövq edən digər amildir.

Xarici medianın məlumatına görə, Fransa prezidenti Emmanuel Makronun bu yaxınlarda elan etdiyi Seneqal və Mavritaniya ilə yeni kənd təsərrüfatı layihələri haqqında razılaşmadan sonra bu ölkələrdəki Fransa nümayəndələri ərzaq böhranı ilə bağlı müzakirələr və forumların təşkilində liderlik etməyə başlayıblar.

Bildirilir ki, enerji qiymətlərinin artması və gübrə qiymətlərinin artması ilə qida qiymətləri Rusiya-Ukrayna müharibəsinin təsiri ilə hədsiz dərəcədə artıb.

Qeyd edək ki, mütəxəssislər qlobal buğda tədarükünün 35 faizinin heyvan yemi üçün istifadə edildiyini, ət və digər heyvan mənşəli məhsulların qiymətlərinin isə bu vəziyyətdən əziyyət çəkə biləcəyinə diqqət çəkirlər.

Hazırda enerji böhranı ilə mübarizə aparan Avropa Birliyi (AB) ölkələrində müharibənin davam etməsi ilə ərzaq qiymətlərindəki artımın davam edəcəyi hesab edilir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »