Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mitsotakis Türkiyə deyib "saçını yoldu": Konqres də "türk düşmənliyini" ortaya qoydu
Mitsotakis Türkiyə deyib "saçını yoldu": Konqres də "türk düşmənliyini" ortaya qoydu

Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin ABŞ-a rəsmi səfəri Türkiyə mövzusu ilə yadda qaldı.

Bizimyol.info xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Ağ Evdə Yunanıstan bayrağı taxaraq onu qonaq edən ABŞ prezidenti Co Baydenə Türkiyənin “Mavi Vətən” xəritəsini göstərərək şikayət edib, dolayısı ilə ABŞ Konqresindən Ankaranın F-16 tələbini təsdiqləməməsini istəyib.

Yunan hökumət mənbələri, Mitsotakisin Baydenlə görüşü zamanı Türkiyə döyüş təyyarələrinin Egeydə uçuşlarından və xüsusən də adalar üzərindən "aşması"ndan, Türkiyəni əhatə edən dənizlərdə "avtoritet" elan edilməsindən şikayətlənib. Yunanıstanın baş naziri Türkiyənin Şərqi Aralıq dənizində təhlükəsizliyi təhdid etdiyini iddia edib.

Mitsotakis Bayden ilə görüşdükdən sonra Yunanıstanın 1821-ci ildə Osmanlı İmperatorluğuna qarşı üsyanının 201-ci ildönümü üçün təşkil edilən dəvət zamanı etdiyi çıxışda, “biz qonşularımızla mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Bununla belə, suverenliyimiz və suveren hüquqlarımızın pozulması ilə barışmayacağıq”,- deyə bildirib.

Mitsotakis çıxışında 2030-cu ilə qədər F-35 döyüş təyyarələrinin bir donanmasını (20-24 ədəd) almağa can atdıqlarını da açıqlayıb. Önümüzdəki dövrdə ABŞ-a göndəriləcək rəsmi məktubla Yunanıstanın F-35-lər üçün düyməni basacağı və Yunanıstanın tələbinə cavabın 18-24 aylıq danışıqlardan sonra veriləcəyi gözlənilir. Bundan əlavə, F-35-lərin istehsalçısı olan Lockheed Martin şirkətinin təyyarənin bəzi hissələrinin istehsalı üçün Yunanıstan Aerokosmik Sənayesinə (EAV) sərmayə qoymaq niyyətində olduğu iddia edilir.

Qeyd edək ki, Kiriakos Mitsotakis Ağ Evdə təşkil edilən dəvət zamanı Baydendən Kiprlə bağlı BMT qərarları əsasında danışıqların yenidən başlanmasına ağırlıq verməsini istəyib və “heç kim iki ayrı dövlətə əsaslanan həll yolunu qəbul etməyəcək” deyib.

ABŞ Konqresində çıxış edən Mitsotakis dolayısı ilə Türkiyənin F-16 təyyarələri ilə bağlı tələblərinin qəbul edilməməsini istəyib. Kiprdə iki dövlətli həllin qəbul edilə bilməyəcəyi ilə bağlı arqumentini təkrarlayan Mitsotakis Türkiyəni nəzərdə tutaraq “biz insanların məskunlaşdığı adalar üzərində uçuşlara dözməyəcəyik” deyə bildirib.

“Mən istərdim ki, siz Konqres üzvləri regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitliyin yaranma təhlükəsini nəzərə alasınız”,- deyə Mitsotakis əlavə edib.

Konqresdəki çıxışı zamanı dəfələrlə ayaqda alqışlanan Mitsotakis "Yunanıstan parlamentində bu qədər alqış almıram" deyə zarafat edib. Yunanıstan mənbələri isə “Konqresdə külək Yunanıstanın lehinədir” şərhini veriblər.

Kiriakos Mitsotakis və Co Bayden Kiriakos Mitsotakis və Co Bayden

Xatırladaq ki, Bayden ABŞ və Yunanıstan arasında münasibətlərin keçmişdə heç vaxt bu qədər yaxşı olmadığını vurğulayıb. Mitsotakis üçün “bizim şəxsi dostluğumuz var. Siz müstəsna şəxsiyyətsiniz” deyə bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »