Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Buryatiyanın ümidinə qalıb: Putin böyük şəhərlərin qəzəbindən qorxur
Rusiya Buryatiyanın ümidinə qalıb: Putin böyük şəhərlərin qəzəbindən qorxur

Ukrayna müharibəsinin üçüncü ayı tamam olur. Rusiya ordusu hələ də məqsədinə çatmayıb. Əksinə, Ukrayna qoşunları Xarkov istiqamətində ciddi irəliləyiş əldə edib, sərhədə çıxış bərpa olunub.

Bizimyol.info xəbər verir ki, Rusiya ordusu müharibədə təxminən 28 min hərbçisini itirib. Rəqəmlərə diqqətlə nəzər yetirəndə maraqlı nüans ortaya çıxır. Kreml böyük şəhərlərdən olan hərbçilərə az üstünlük verməyə çalışıb. Həyatını itirənlərin doğulduğu yerlər həqiqəti üzə çıxarır. Daha çox bölgələrdən olan hərbçilər həlak olub.

Siyahıya Buryatiyanın başçılıq etməsi təəccüblü deyil. Bu respublika əhalisinin hər 100 min nəfərinə 99 həlak olmuş hərbçi düşür. Buryatiyanın siyahıya başçılıq etməsi ona görə təəccüblü deyil ki, hətta Buça qətliamında da buryatların adı xüsusi hallanırdı.

Tıva respublikasından, Şimali Osetiyadan ölənlərin sayı da çoxdur. Uyğun olaraq hər 100 min nəfərə 87 və 84 nəfər düşür. Sonrakı yerləri Kostroma (58), Sevastopol (47), Yəhudi Muxtar Vilayəti (45), Pskov, Altay vilayəti (45), Zabaykal diyarı (45), Dağıstan (43), Mari El (43) tutur.

Göründüyü kimi, müharibədə Rusiyanın bölgələrində doğulmuş hərbçilər daha çox həyatını itirib. Çünki Moskva və Sankt-Peterburqdan olanların döyüşlərə cəlb olunmamasına xüsusi diqqət yetirilib. Qərb mətbuatı yazır ki, dövlət başçısı Vladimir Putin bununla böyük şəhər sakinlərini qəzəbləndirməməyə çalışır. Necə də olmasa, etiraz aksiyaları əsasən Moskva və Sankt-Peterburqda baş tutur.

Ukraynalı politoloq Vadim Denisenko rəqəmlərin gerçək mənzərəni ortaya qoyduğunu bildirir. Moskvada əhalinin hər 100 min nəfərinə cəmi 0.23 həlak olan qeydə alınıb. Sankt-Peterburqda da rəqəm yüksək deyil. Orada hər 100 min nəfərə 3 hərbçi düşür. Denisenko deyir ki, rəqəmlər Putinin nədən qorxduğunu göstərir.

“Həm Rusiya İmperiyası dövründə, həm də sovet dönəmində qiyamlar, inqilablar böyük şəhərlərdə baş tutub. Rusiya hakimiyyəti bunu nəzərə alır. Bu şəhərlərdə müharibə çox hiss olunmamalıdır”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »