Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cavid Qurbanov Azərbaycanda dəmir yolunun inkişafında yeni eradan danışıb
Azərbaycan nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir.

Bizimyol.info Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, bu dəmiryolu sisteminin inkişafı ilə bağlı nəhəng işlər böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim qayğısı sayəsində mümkün olub: "Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da uğurla həyata keçirilir".

Onun sözlərinə görə, son illər bu qurumun tarixində yeni era başlayıb.

Son xəbərlər
Bütün xəbərlər »