Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Avropanı “iqtisadi intihar” perspektivi ilə qorxudur
Putin Avropanı “iqtisadi intihar” perspektivi ilə qorxudur

Rusiya prezidenti Vladimir Putin Avropa ölkələrinin enerji siyasətini “iqtisadi intihar” hesab edir.

Bizimyol.info xəbər verir ki, bunu Putin neft sənayesinin inkişafı ilə bağlı iclasda çıxış edərkən deyib.

“Aydındır ki, Rusiyanın dünyanın digər regionlarına enerji resursları sattışını təşkil etməsi ilə, Avropa iqtisadi fəallığı artırmaq imkanını itirəcək. Belə iqtisadi "avto-da-fé" intiharı təbii ki, Avropa ölkələrinin daxili işidir. Biz ilk növbədə öz iqtisadi maraqlarımızdan çıxış edərək praqmatik hərəkət etməliyik”,- deyə prezident qeyd edib.

Onun fikrincə, enerji qiymətlərinin artması Avropa İttifaqı sənayesinin rəqabət qabiliyyətini zəiflədəcək: “Rusiyanın enerji resurslarından imtina o deməkdir ki, Avropa sistematik olaraq, uzunmüddətli perspektivdə dünyada enerji resurslarının ən yüksək qiymətinə malik regiona çevrilir. Bəli, təbii ki, burada qiymətlər artacaq və resurslar da bu qiymətlərə gedəcək, lakin vəziyyəti kökündən dəyişmək mümkün olmayacaq”,- deyə Rusiya lideri proqnozlaşdırıb.

“Bu, ən ciddi şəkildə və bəzi ekspertlərin fikrincə, dünyanın digər regionlarından olan şirkətlərə rəqabətdə uduzan Avropa sənayesinin əhəmiyyətli hissəsinin rəqabət qabiliyyətini dönməz şəkildə sarsıda bilər. Bundan sonra bütün bu proseslər yalnız sürətlənəcək”,- Putin əlavə edib.

Putin həmçinin bildirib ki, Avropa Rusiya enerji daşıyıcılarından imtina etmək vəzifəsi qoyur, öz iqtisadiyyatına dəyən ziyana məhəl qoymur: “Avropalılar açıq şəkildə etiraf edirlər ki, onlar hələlik Rusiyanın enerji resurslarından tamamilə imtina edə bilməzlər, daha aydındır ki, enerji balansında Rusiya karbohidrogenlərinin xüsusi çəkisi yüksək olan bəzi Avropa dövlətləri uzun müddət neftimizdən imtina edə bilməyəcəklər”,- deyə o bildirib.

"Lakin onlar belə bir vəzifə qoyublar ki, Rusiyanı iqtisadi cəhətdən çökdürsünlər, biz bunu görürük. Onlar öz iqtisadiyyatlarına vurduqları ziyana fikir vermədən bunu qarşıya qoyublar. Özləri bizdən artıq zərər görəcəklər",- deyə Putin vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »