Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Tacikistanda “Ababil-2” pilotsuz təyyarələr istehsal edəcək
İran Tacikistanda “Ababil-2” pilotsuz təyyarələr istehsal edəcək

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Beqeri və Tacikistanın müdafiə naziri Şerali Mirzonun iştirakı ilə çərşənbə axşamı Düşənbədə hərbi əməkdaşlığı genişləndirmək məqsədilə İranın "Ababil-2" pilotsuz təyyarələrinin istehsalı zavodu açılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "irna" məlumat verib.

"Bu gün biz təhlükəsizlik və sabit sülhü yaxşılaşdırmaq üçün daxili ehtiyacları ödəməkdən əlavə, dost ölkələrə hərbi texnika ixrac edə biləcəyimiz mövqedəyik", - deyə general Bageri bildirib.

O, həmçinin Tacikistanda "Əbabil-2" pilotsuz təyyarələrin zavodunun açılışını iki ölkə arasında hərbi əlaqələrdə dönüş nöqtəsi adlandıraraq: "Gələcəkdə İran və Tacikistan dövlətləri arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinə, bunun digər sahələrdə də yaxın münasibətlər qurulmasına təsir edəcəyinə inandığımı bildirmək istəyirəm", - deyə general qeyd edib.

Baqiri həmçinin Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (TMTDK) sədri Saimumin Yatimov ilə görüşdə iki ölkənin ümumi sərhədlərdə hərbi qüvvələrinin gücləndirildiyini açıqlayıb. Tərəflər Əfqanıstan və regionda baş verənləri də müzakirə ediblər.

Mayın 6-da İran İslam Respublikasının (İİR) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri qonşu ölkə ilə hərbi əməkdaşlığı genişləndirmək üçün yüksək rütbəli nümayəndə heyətinə rəhbərlik edərək Düşənbəyə (Tacikistan) səfər edib.

Qeyd edək ki, İHA "Ababil-2" kəşfiyyat, müşahidə və məhv etmək üçün nəzərdə tutulub. 1,5 saat ərzində 200 km-ə qədər məsafədə kəşfiyyat apara bilən Ababil tipli GPS idarəetməli "Ababil-2" dronları. Bu PUA-lar düşmən hədəflərini effektiv izləməyə imkan verən xüsusi avadanlıqla təchiz edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »