Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putini alçaldıcı məğlubiyyətdən xilas etmək lazım deyil, uduzmağı öyrənməlidir"
"Putini alçaldıcı məğlubiyyətdən xilas etmək lazım deyil, uduzmağı öyrənməlidir"

Latviya baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks deyib ki, Rusiya Ukraynaya qarşı başlatdığı müharibəni uduzmaq üçün bir yol tapmalıdır. Onun fikrincə, işğalçı ölkənin uduzmağı öyrənmək vaxtı gəlib çatıb.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, o bu barədə , Estoniyanın paytaxtı Tallinndə keçirilən Lennart Meri beynəlxalq konfransında çıxışı zamanı deyib. Həmin çıxışdan video fraqment onun “Tvitter” səhifəsində yerləşdirilib. Xüsusən, diplomat bəzi Qərb liderlərinin Rusiyanın alçaldılmamalı və ya diktator Vladimir Putinə yoldan dönmək imkanı verilməli olduğu fikri ilə razılaşmadığını bildirib.

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibədə məğlubiyyəti halında “alçaldılma”nın qarşısını almaq üçün səylər göstərilməlidir. Pabriks isə vurğulayıb ki, Kremlin uduzmağı öyrənməsinin vaxtıdır.

“Artıq Moskva necə uduzacaqlarını düşünməlidir, çünki onlar uduzmalıdırlar”,- deyə o vurğulayıb. Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz Rusiyanın başlatdığı Ukraynadakı müharibənin tez bir zamanda sona çatması üçün heç bir əlamət görmədiyini deyib. O, vəziyyətin gərginləşə biləcəyindən narahatlığını da dilə gətirib.

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Quinn isə xatırladıb ki, Ukrayna ordusu Kiyev və Xarkov vilayətlərinin ərazilərini Rusiya hərbçilərindən azad etməyə nail olub. Onun sözlərinə görə, buna görə də Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının müvəqqəti işğalı altında olan Krımı və Donbası da işğaldan azad etməyə qadirdir.

Bir müddət əvvəl amerikalı alim Linkoln Mitçel Putinin Ukraynadakı uğursuzluqlara görə Gürcüstana hücum edə biləcəyini bildirmişdi. O qeyd etmişdi ki, kiçik qələbələr əldə etmək üçün Rusiya qoşunlarını ora köçürməyə başlayacaq. Artıq Gürcüstanda separatçı rejimlər Rusiyaya birləşmək üçün referendum keçirmək barədə qərar qəbul ediblər.

Qərbdə bəzi dairələr düşünür ki, Putin Ukraynada birabırçı məğlubiyyət qarşısında "ağılsız" addımlar ata, məsələn, taktiki nüvə zərbələri endirə bilər. Ona görə də Putini "qalib tərəf" kimi təqdim etmək üçün müəyyən güzəştli variantlar üzərində düşünürlər. Amma Ukrayna güzəşt etməyəcəyini deyir. Nüvə zərbəsinə gəlində Böyük Britaniyanın baş naziri Boris Conson açıq şəkildə bildirib ki, Putin qadağan olunmuş silahlardan istifadə edərsə, heç kimlə məsləhətləşmədən cavab zərbəsi endirəcəklər. Britaniyanın da nüvə dövləti olduğunu nəzərə alsaq, bu açıqlamanın Putini çəkindirdiyini düşünmək üçün kifayət qədər əsas var.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »