Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Ukrayna arasında danışıqlar niyə dayanıb?
Rusiya və Ukrayna arasında danışıqlar niyə dayanıb?

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar davam etmir. Kiyev faktiki olaraq danışıqlar prosesindən geri çəkilib.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko Valday Beynəlxalq Diskussiya Klubunun II Mərkəzi Asiya Konfransı çərçivəsində jurnalistlərə bildirib.

O, jurnalistlərin suallarını cavablandırarkən: "Danışıqlar davam etmir. Ukrayna tərəf faktiki olaraq danışıqlar prosesindən geri çəkilmiş hesab olunur", - deyə qeyd edib.

O əlavə edib ki, Kiyev Rusiyanın Federasiyası təfindən təklif etdilən müqavilə layihəsinə faktiki olaraq cavab verməyib. Bu isə danışıqların dayandırılmasına işarə hesab olunur.

Rudenko jurnalistlərə bildirib ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Ukraynaya Avropa Sülh Fondundan silah alışı üçün daha 500 milyon avro ayırmaq qərarı münaqişəni uzadır.

"Vəsaitlərin ayrılması və birbaşa silah tədarükü bu münaqişənin həllini ləngidir, hərbi əməliyyatların vaxtının uzadılmasına xidmət edir. Bizim rəhbərliyimiz bunu dəfələrlə bəyan edib”, - deyə o, müvafiq sualı cavablandırıb.

Bazar ertəsi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Aİ Şurasının Brüsseldəki iclasından sonra keçirilən mətbuat konfransında, Ukraynaya Avropa Sülh Fondundan silah alınması üçün daha 500 milyon avro ayrılması qərarını açıqladı. Beləliklə ümumi məbləğ 2 milyard avroya çatdıracaq.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Finlandiya prezidenti Sauli Niinistö ilə telefon danışığında Moskva ilə Kiyev arasında danışıqların əslində “Ukrayna tərəfinin konstruktiv dialoqa maraq göstərməməsi səbəbindən” dayandırıldığını bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »