Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 10 yaşlı uşaq polisi ayağa qaldırdı
Dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-in “112” Xidmətinə zəng edib “Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq” deyərək əlaqəni kəsib.

Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, məlumat dərhal DİN-in “102” Zəng Mərkəzi Xidmətinə ötürülüb. Birgə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalar zamanı zəngin Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə tərəfindən edildiyi müəyyən olunub.

Qeyd edək ki, Cəlilabadın Sabirabad və Qarazəncir kəndləri qonşudur.

Son xəbərlər
Bütün xəbərlər »