Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml məğlubiyyətə görə "günahkar ovu"na çıxıb, həbslər başlayıb - Kəşfiyyat
Kreml məğlubiyyətə görə "günahkar ovu"na çıxıb, həbslər başlayıb - Kəşfiyyat

Kreml Ukraynadakı hərbi məğlubiyyətlərə görə məsuliyyət daşıyanları axtarır və öz işğalçı qoşunlarının komandirlərini cəzalandırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi sosial şəbəkə səhifəsində məlumat yayıb. Xüsusilə, Kreml Ukraynadakı məğlubiyyətlərə görə işğalçı qoşunların komandirlərini cəzalandırır.

“Rusiya-Ukrayna müharibəsi zamanı Putinin fevralın 23-də çıxışında təmtəraqla bəyan etdiyi strateji tapşırıqların heç birini işğalçı Rusiya qoşunları yerinə yetirə bilmədi. “Məğlubedilməz və əfsanəvi” ordunun əslində sıradan bir hərbi birləşmə olduğu, oğruların başçılıq etdiyi qatillər, qarətçilər, təcavüzkarlar və qorxaqlar dəstəsi olduğu ortaya çıxdı. İşğalçı ölkənin "Böyük Rusiya Ordusu" mifi dağıldı. İndi, dünya hərb reytinqində hər zaman ön sıralarda qərarlaşan ordu başıpozuq vəhşi dəstə təsiri bağışlayır. Rusiya hərbi elitasının səriştəsizliyi dünya ictimaiyyətinin bütün gözləntilərini alt-üst edib.

Bununla bağlı bildirilir ki, gələcək siyasi və cinayət məsuliyyətinin özləri üçün nəticələrini azaltmaq üçün Kreml hakimiyyəti bütün uğursuzluq və məğlubiyyətləri işğalçı birlik və birləşmələrin komandirlərinin üzərinə yıxmağa çalışır”, - deyə Kəşfiyyat Baş İdarəsinin məlumatında qeyd edilir.

"Moskva" kreyseri "Moskva" kreyseri

“İşğalçı ölkənin rəhbərliyi günahkarların axtarışına “ən yaxşı Stalinist ənənələr”lə başlayıb”,- deyə sosial şəbəkə paylaşımında deyilir. Məlumatda bildirilir ki, Qara Dəniz Donanmasının komandanı vitse-admiral İqor Osipov, Rusiya Federasiyasının Qara dəniz donanmasının fəxri raket kreyseri “Moskva”nın “qəhrəmancasına itkisinə” görə tutduğu vəzifədən uzaqlaşdırılaraq həbs edilib. Onun birinci müavini vitse-admiral Sergey Pinçuka qarşı da istintaq hərəkətlərinin başlandığı bildirilir. Qeyd edilir ki, Rusiya hərbi elitasında xeyli "ov işlərinin" aparılmasına ehtiyac olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »