Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...

Rusiyanın Ukraynanı işğalından sonra Rusiya ilə 1300 kilometr sərhədi olan Finlandiya, ardından isə İsveç, NATO-ya rəsmi üzvlük prosesinin başladığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, qərar Avropada müsbət qarşılanda da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan etirazlarını dilə gətirib. İsveçin Türkiyəyə nümayəndə heyəti göndərməsinə toxunan Türkiyə prezidenti Ərdoğan, “bazar ertəsi bizi razı salmağa gələcəklər? Özünüzü yormayın. Bu prosesdə Türkiyəyə təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmaq üçün sanksiya tətbiq edənlərə “hə” demərik”,- deyə bildirib.

İsveçin xarici işlər naziri Ann Linde bu gün NATO-ya üzvlük ərizəsini rəsmən imzalayıb. Linde imzalama fotosunu paylaşmaqla ölkəsinin yeni dövrə qədəm qoyduğunu vurğulayıb. Baxmayaraq ki, Türkiyə "hə" demədən "yeni dövr"ün başlaması mümkün deyil...

Ərdoğanın sözlərinə Finlandiyadan da cavab gecikməyib. Finlandiyanın Baş nazir Sanna Marin, Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı fikrini dəyişməsindən təəccübləndiyini bildirib.

Dünən axşam Finlandiyada yerləşən "YLE A-studio" ilə danışan baş nazir, "Türkiyə daha əvvəl Finlandiya və İsveçin mümkün NATO üzvlüyü yolunda heç bir maneə yaratmayacağına və prosesi ləngitməyəcəyinə zəmanət vermişdi",- deyə bildirib.

Bundan əlavə Marin Ərdoğanın açıqlamalarını "narahatedici" adlandırıb və "səbrli" olmağa çağırıb.  "Mən əminəm ki, işlər dialoq yolu ilə həll oluna bilər",- deyə Marin çıxışına əlavə edib. Digər tərəfdən, İsveç müdafiə naziri Peter Hultqvist də Türkiyəyə cavab verib. O bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberq deyir ki, Türkiyə prosesə mane olmur.

“Biz Türkiyə ilə danışıqlar və dialoq aparacaq bir qrup göndərəcəyik, sonra məsələnin necə həll olunacağını və müzakirənin əslində nədən ibarət olduğunu görəcəyik”,- deyə müdafiə naziri bildirib.

Dövlət televiziyası SVT-yə danışan Hultqvist Türkiyə ilə dialoq quracaqlarını, nələrin baş verdiyini və problemin nə olduğunu anlamaq üçün diplomatlardan ibarət bir heyət göndərəcəklərini desə də, nümayəndə heyətinin Türkiyəyə nə vaxt gedəcəyi və heyətdə kimlərin iştirak edəcəyi ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, NATO-nun inkişafı çərçivəsində qəbul ediləcək bütün qərarlar 30 üzv dövlət və onların parlamentləri tərəfindən təsdiqlənməlidir. Qeyd edək ki, həftə sonu Berlində baş tutan gərgin danışıqlardan sonra tərəflərin zəmin tapmaq üçün addımlar atdığı da bildirilib.

Qeyd edək ki, İsveç PKK-nı açıq şəkildə dəstəkləyən ölkədir. Bu ölkənin davranışından belə anlaşılır ki, Türkiyənin dinc vətəndaşlarını öldürənlər terrorçu sayılmır. İsveç bu terror təşkilatını hər zaman açıq şəkildə dəstəkləyib və hazırda da təşkilatın 33 üzvünə sığınacaq verib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »