Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ƏDV-nin ləğvi qəzet və çap mediasına yaxşı təsir etməklə yanaşı, kitabların qiymətini də ucuzlaşdıracaq
ƏDV-nin ləğvi qəzet və çap mediasına yaxşı təsir etməklə yanaşı, kitabların qiymətini də ucuzlaşdıracaq

Bütün dünya ölkələri media savadlılığına xüsusi önəm göstərir. Bir çox ölkələrdəki kimi

ölkəmizdə də, qeyri peşəkar media ilə ciddi medianı fərqləndirilməsi problemləri mövcuddur. Qeyri peşəkar medianın fəallığı istər istəməz ciddi jurnalistikaya öz təsirini göstərir. Media savadlılığı belə halların qarşısını almaq üçün önəmlidir. Media haqqında qanunda ayrıca media savadlılığı ilə bağlı maddə nəzərdə tutulmuşdur. Bir çox ölkələrdə hətta orta məktəblərdə media savadlılığı ilə bağlı ayrıca dərslər tədris olunur, uşaqlar yetkinlik yaşından media savadlılığı komponentlərinə yiyələnirlər. Bu məsələ ilə bağlı ölkəmizdə də müzakirələr aparılır.

"Media savadlılığı cəmiyyət üçün ona görə lazımdır ki, cəmiyyət saxta xəbərlə doğru xəbəri fərqləndirə bilsin".

Bu sözləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli qeyd edib. O,Bizim yol.info saytına müsahibəsində ölkəmizdə medianın inkşaf səviyyəsindən danışıb.

Natiq Məmmədli

Ölkə mediası müasir çağırışlar, cəmiyyətin tələblərinə və 21 -ci əsr insanının zövqünə uyğun fəaliyyət göstərmək jurnalistikada önəmli məsələlərdir. Biz bu işlə məşğul oluruqsa ,müasir trendləri çağırışları nəinki öyrənməliyik, öz işimizdə də tətbiq etməliyik. Azərbaycanda bir sıra belə innovasiyalardan istifadə olunur.

Azərbaycan jurnalistikasının müasir tələblərə cavab verməsi tək yaxşı kontentent hazırlamaqla yekunlaşmır, bu media menecmentlə birbaşa əlaqədar bir məsələdir. Bu gün ənənəvi media öz şəklini dəyişir və müxtəlif formatlarda öz məhsulunu təqdim edir .

Kağız və çap məhsullarının idxalının ƏDV -dən azad olunmasının da medianın və çap mətbuatının inkişafına öz müsbət təsiri olacaq. Bu təsir bir neçə istiqamətdə özünü doğruldacaq. Birincisi qəzetlərin idxal xərclərini azaldacaq,həmçinin bir qəzetin ərsəyə gətirilməsi üçün sərf olunan maya dəyərini azaldacaq və Azərbaycanda nəşriyyat işini motivasiya edəcək. Burada qəzetlər üçün lazım olan kağızın 18 faizini əlavə dəyər vergisindən azad edilməsi istər istəməz həm çap mediasında, həm də nəşriyyat işində öz ciddi təsirini göstərəcəkdir. Uzun müddət idi Media inşkaf agentliyində bu məsələni müxtəlif çap mediası rəhbərləri ilə ,eyni zamanda mətbuat yayım şirkətlərinin təsisçiləri ilə zaman- zaman geniş müzakirə olunmuşdu.Keçən il dekabr ayın 3 -də cənab prezident vergilər məcəlləsinə əlavə dəyişikliklər haqqında fərman imzaladı və həmən fərmanda ƏDV-nin ləğv edilməsi nəzərdə tutulmuşdu. Nazirlər Kabinetinə tapşırılmışdır ki, ƏDV -dən azad olan nümayəndələrin siyahısını hazırlasın. May ayının 3- ündə artıq nazirlər kabineti bu siyahını hazırlamışdır. Bu öz təsirini təkcə qəzet və çap mediasında deyil, həmçinin kitabların qiymətinin də ucuzlaşmasının təsirini göstərəcək. Xüsusilə bir nüansı qeyd eləmək istəyirəm ki,media agentliyi tərəfindən çap mediasına göstərilən maddi dəstəyin böyük bir hissəsi nəşriyyatların payına düşürdü.Yəni istehsal xərclərinin qarşılanmasına sərf olunurdu. İndi isə bu vəsaitlə müəyyən redaksiyalar qənaət edə biləcəklər ki, bu da tək qəzet maya dəyərini azaltmayacaq,eyni zamanda bu vəsaiti redaksiya işinə yönləndirəcəkdir. Bu da redaksiyalarda iş şəraitinin, yaradıcılıq potensialının daha yaxşı inkişaf etməsinə təkan verəcək.

Havar, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »