Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xəmsə" Milli İntellektual Oyunun Biləsuvar rayon çempionatı yekunlaşıb - Foto
"Xəmsə" Milli İntellektual Oyunun Biləsuvar rayon çempionatı yekunlaşıb - Foto

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun tərəfdaşlığı ilə "Şuşa İli"nə həsr olunmuş, yeniyetmələr arasında 13 aprel və 13 may tarixləri ərzində davam edən "Xəmsə" Milli İntellektual Oyunun Biləsuvar rayon çempionatı yekunlaşıb.

Bu barədə Bizimyol.info xəbər portalına Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva məlumat verib. Direktor bildirib ki, çempionat ərzində 64 komanda ilə 1 seçim turu, 32 komanda ilə 1-ci, 16 komanda ilə 2-ci yarımfinal və 4 komanda ilə final mərhələsi keçirilib. Belə ki, 8-ci siniflər üzrə ümumilikdə 320 məktəbli 1 ay ərzində yarışmada iştirak edib. Final mərhələsində "Bazardüzü", "Müdriklər", "Cıdır düzü" və "Dahilər" komandaları mübarizə aparıblar.

"Xəmsə" Milli İntellektual Oyunun Biləsuvar rayon çempionatı yekunlaşıb

Rayon Çempionatının qalibi Əsgərabad kənd tam orta məktəbin "Cıdır düzü" komandası olub. Həmçinin, qalib komanda Şuşa ekskursiyasında iştirak haqqı qazanıb. Milli Qəhrəman Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksinin "Dahilər" komandası 2-ci yeri tutublar. Milli Qəhrəman Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksinin "Müdriklər" komandası 3-cü yeri tutublar. Ovçubərə kənd tam orta məktəbin "Bazardüzü" komandası 4-cü sırada yer alıb.

"Xəmsə" Milli İntellektual Oyunun Biləsuvar rayon çempionatı yekunlaşıb

Qeyd edək ki, final mərhələsi qonaqların və məktəblilərin qarşısında keçirilib. Qonaqlar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov, Rayon prokuroru Camal Bağırov, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsi üzrə müavini Ləman Yüzbaşova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoru Nihad Məmmədli və Təlim-tədris üzrə aparıcı mütəxəssis Ləman Harunova, Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Gənclər Evinin direktoru Vəkil Cəfərli, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Nərmin Xaqan çıxış edib, komandalara müvəfəqiyyətlər arzu ediblər.

"Xəmsə" Milli İntellektual Oyunun Biləsuvar rayon çempionatı yekunlaşıb

Yarışma ərzində mərkəzimizin gəncləri tərəfindən hazırlanmış müxtəlif rəqslər nümayiş olunub.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyi olaraq 1 ay müddətində çempionatın keçirilməsində mərkəzimizə göstərdikləri dəstəyə görə Gənclər İdman İdarəsinə, Heydər Əliyev Mərkəzinə, Biləsuvar Rayon Mədəniyyət Mərkəzinə, Gənclər Evinə və Biləsuvar Rayon Olimpiya İdman Kompleksinə xüsusi təşəkkür edirik.

"Xəmsə" Milli İntellektual Oyunun Biləsuvar rayon çempionatı yekunlaşıb

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »