Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya iqtisadiyyatının çökməsi Azərbaycana nə vəd edir?
Rusiya iqtisadiyyatının çökməsi Azərbaycana nə vəd edir?

Finlandiya NATO-ya üzv olarsa, NATO Rusiya ilə Finlandiya arasındakı sərhədi necə qoruyacaq? Qeyd edək ki, iki ölkənin 1300 kilometrlik sərhədi var.

Rusiya ilə uzun quru sərhədi olan Finlandiya hazırda ümumi daxili məhsulunun (ÜDM) təxminən 2 faizini müdafiəyə xərcləyir. Ordusunda 23.800 aktiv və 216.000 ehtiyat personalı olan Finlandiyanın 600 artilleriya silahı və 100 əsas döyüş tankı var. Skandinaviya ölkəsi ildə 20 min əsgər hazırlayır. ÜDM-nin 1,4 faizini müdafiəyə xərcləyən və təxminən 14,600 fəal hərbi qulluqçusu olan İsveçin NATO-ya üzvlüklə bağlı Finlandiya kimi davranacağı gözlənilir. Digər tərəfdən, Rusiya Baltikyanı ölkələrə xəbərdarlıq edib ki, NATO-ya üzv olmaq “hərbi və siyasi nəticələrə” səbəb olacaq.

Məlumata görə, Rusiya NATO-ya üzv olmaq istəyən Finlandiya ilə sərhəddə ağır hərbi texnika yığmağa başlayıb. Belə ki, Rusiya NATO-nun baş katibi Yens Stoltenberqin Finlandiya və İsveçi NATO-ya qəbul edə biləcəklərini açıqlamasından sonra hərəkətə keçib.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitriy Peskov bir müddət əvvəl Moskvada verdiyi açıqlamada, İsveç və Finlandiyanın NATO-ya daxil olma ehtimalını dəyərləndirib. NATO-nun münaqişə aləti olduğunu vurğulayan Peskov, "NATO sülh və sabitliyi təmin edən bir ittifaq deyil, Alyans münaqişə alətidir. Alyansın daha da genişlənməsi, şübhəsiz ki, Avropada təhlükəsizliyi artırmayacaq",- deyə bildirmişdi.

Qeyd edək ki, İsveç və Finlandiya 1995-ci ildən Avropa Birliyinin üzvü olsalar da, NATO-nun üzvü deyillər. Rusiyanın Ukraynaya təcavüzündən sonra bu iki ölkənin NATO-ya üzv ola biləcəyi ilə bağlı söz-söhbətlər yenidən alovlanıb.

İkinci bir cəbhə Rusiyaya hərbi siyasi və iqtisadi anlamda necə təsir edəcək? Rusiyanın yeni cəbhələrdə müharibəsi ölkəmizə hansı təsiri göstərə bilər?

Pərviz Heydərov Pərviz Heydərov

İqtisadçı Pərviz Heydərov Bizimyol.info-ya açıqlamasında bildirib ki, Rusiyanın Ukraynadan başqa digər bölgədə də müharəbə aparmağa imkanı yoxdur. “Müharibə xərcdir. Bu xərcin öhdəsindən gəlmək hər bir dövlətin işi deyil. Xüsusən də sanksiyalar altında olan bir dövlətin. Üstəlik, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə onu da göstərdi ki, Rusiyanın ordusu da təsəvvür edildiyi vəziyyətdə deyilmiş. Ona görə də, əlavə olaraq digər istiqamətlərdə də Kremlin müharibə ocaqları yaradacağını düşünmək səhv olardı".

O ki qaldı Rusiyanın yeni cəbhələrdə müharibə açacağı təqdirdə ölkəmizə hansı təsirlərin olacağına, iqtisadçı bildirib ki, Rusiya iqtisadiyyatının çökməsi Azərbaycan üçün səmərəli deyil: “Rusiya bizim üçün bazar idi. Rusiya bizim üçün idxal yolu və ən mühüm idxal mənbəyidir... Hələ ki ciddi nəticələr olmasa da, yaxında Rusiya iqtisadiyyatının sanksiyaalr altında olması ölkəmizə öz mənfi təsirlərini əyani şəkildə göstərəcək”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »