Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb

Rusiya -Ukrayna müharibəsi İsveç və Finlandiyanı NATO-ya yaxınlaşdırsa da, Türkiyənin bu iki ölkənin NATO üzvlüyünə qarşı çıxması beynəlxalq ictimai rəydə gündəmdən düşmür.

Bizimyol.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam keçirdiyi mətbuat konfransında Türkiyənin iki ölkənin NATO üzvlüyünə etiraz edəcəyini bir daha xatırladıb. "Hər iki ölkənin xarici işlər nazirləri arasında bəzi görüşlər keçirilib. Amma mən aydın və yığcam bir şey deməliyəm. Heç bir ölkənin terror təşkilatlarına münasibəti aydın və birmənalı deyil. Bu prosesdə terror təşkilatlarına qarşı dursalar da, onlara qarşıyıq desələr də, təslim etməli olduqları bəzi terrorçuları təhvil verməyəcəkləri ilə bağlı açıqlamaları var”,- deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib.

İsveçdən Türkiyəyə nümayəndə heyətinin gələcəyi xəbəri ilə bağlı fikirlərini səsləndirən zaman isə o, “bazar ertəsi Türkiyəyə gələcəklər. Bağışlayın, yorulmasınlar”,- deyə bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu sözləri ABŞ Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında da gündəmə gəlib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Cek Kirbinin qatıldığı mətbuat konfransında media mənsublarından biri İsveçin NATO-ya daxil olması zamanı nə baş verdiyini soruşub. Jurnalist “PKK ABŞ və demək olar ki, bütün NATO üzvləri tərəfindən terror təşkilatı kimi tanınır. Bu razılaşmaya nail olmaq üçün İsveçin PKK-ya qarşı hərəkətə keçməsini təklif edərdinizmi?” sualına belə cavab verib:

"Bu, Müdafiə Nazirliyinin cavab verə biləcəyi bir şey deyil. Hələlik Türkiyənin mövqeyini aydınlaşdırmağa çalışırıq. Türkiyə NATO-nun dəyərli müttəfiqidir. Üstəlik, nə İsveç, nə də Finlandiya hələ ki, NATO-ya üzvlük üçün rəsmi müraciət etməyiblər”,- deyə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Cek Kirbi bildirib.

Pentaqonun sözçüsü həmçinin deyib: “Burada bir proses var və düşünürəm ki, bu prosesdən bir həll yolu tapacağıq. Amma buradan Pentaqondan başqa ölkənin xarici siyasətini yönləndirmək bizə yaraşmaz”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »