Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
"Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml

Kollektiv Qərb Rusiyanın istədiyi kimi yaşamasına mane olmaq üçün hər şeyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bilik Cəmiyyətinin marafonu çərçivəsində mühazirə zamanı deyib: “Bəzən belə görünür ki, Rusiyanın mövcudluğu kollektiv Qərb üçün əhəmiyyətli dərəcədə qıcıqlandırıcıdır və onlar bizim istədiyimiz kimi inkişaf etməyimizə və istədiyimiz kimi yaşamağımıza mane olmaq üçün hər şey etməyə hazırdırlar".

Peskov bildirib ki, Rusiya heç bir şəkildə təcrid oluna bilməz. “İndiki zamanda Rusiya kimi böyük və zəngin ərasizi olan bir dövləti nə siyasi, nə iqtisadi, nə diplomatik, nə də informasiya cəhətdən təcrid etmək mümkün deyil”,- o vurğulayıb.

Peskov əmindir ki, hər şey yaxşı olacaq, Rusiya qalib gələcək və bütün məqsədlərinə çatacaq: “Biz əminik ki, hər şey yaxşı olacaq və biz qalib gələcəyimizə, bütün məqsədlərə nail olacağımıza əminik".

Kremlin sözçüsü Rusiya prezidenti Vladimir Putinin ölkəni hara apardığını bildiyini vurğulayaraq, burada siyasi konsensusun və dövlət başçısına son dərəcə yüksək səviyyədə dəstəyin olduğuna diqqət çəkib: "Bütün ölkə onu dəstəkləyir. Əminəm ki, gənclər də dəstəkləyir, ölkəmizin bütün nəsilləri onu dəstəkləyir",- Peskov bildirib.

“Biz məqsədimizə nail olacağıq, təhlükəsizliyimiz prioritet olacaq”, - deyə prezidentin sözçüsü yekunlaşdırıb.

Peskov bildirib ki, Rusiya Qərbin qarşıdurmasının öhdəsindən gələcək, bunun üçün lazım olan hər şey var. "Bəli, biz onları hələ də yumşaq şəkildə qeyri-dost dövlətlər adlandırırıq, lakin mən deyərdim ki, bunlar artıq düşmən dövlətlərdir, çünki onların etdikləri müharibədir",- Rusiya liderinin sözçüsü vurğulayıb.

Peskov bildirib ki, Rusiya Federasiyasının "xüsusi hərbi əməliyyat"ının bütün məqsədlərinə nail olacağına şübhə yoxdur. O, "xüsusi əməliyyat"ın keçirilməsi ilə razılaşmayan dostları “çevirmək” üçün əlindən gələni edəcəyini bildirib.

Peskovun sözlərinə görə, Rusiyanın Qərblə qarşıdurmaya müqavimət göstərmək üçün hər şeyi var. O qeyd edib ki, bütün müharibələr sonda sülhlə başa çatır və bu sülh Rusiyanın səsinin eşidiləcəyi bir sülh olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »