Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABB regionlarda rəqəmsal biznes təlimlərinə başladı
ABB regionlarda rəqəmsal biznes təlimlərinə başladı

ABB regionlarda fəaliyyət göstərən və Sahibkarlar Klubuna üzv olan iş adamları üçün təlimlərə başlayıb.

13-14 may tarixlərində Şəkidə keçirilən təlimlərə KOBİA və ABB Tech Akademiyası da dəstək verib. Tədbirə Şəki – Zaqatala iqtisadi rayonundan olan 40-a yaxın iştirakçı qatılıb. Burada onlara elektron ticarət haqqında məlumat verilib. Müxtəlif kanallarla onlayn satışın yolları öyrədilib. Rəqəmsal biznes, PR və s. bu kimi gərəkli fəaliyyətlər haqqında təqdimatlar olub. İştirakçılar bu istamətlərdə bilik və bacarıqlarını artırmaqla yanaşı, yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanıblar. “Sahibkarlar Klubu” təlimlərinin silsiləvi şəkildə digər iqtisadi zonalarda da təşkili planlaşdırılır.

ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib:

“Kiçik və orta sahibkarlarla tərəfdaşlıq ABB üçün prioritetdir. Biznes layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, biz onlara başqa sahələrdə də dəstək olmağa çalışırıq. Biznesdə rəqəmsal imkanlardan istifadə ilə bağlı təlimlərimiz, ümid edirik ki, fayda verəcək”.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Bütün xəbərlər »