Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Mariupolda “döyüş missiyası”nın başa çatdığını elan edib
Ukrayna Mariupolda “döyüş missiyası”nın başa çatdığını elan edib

Ukrayna ordusu mühasirədə olan Mariupol şəhərində “döyüş missiyasını” başa çatdırıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında da deyilir ki, şəhərin nəhəng “Azovstal” polad zavodunda yerləşən bölmələrin komandirlərinə “öz şəxsi heyətinin həyatını xilas etmək” əmri verilib.

Bazar ertəsi günü yüzlərlə insan Rusiyanın amansız bombardmanları altında Ukrayna müqavimətinin simvoluna çevrilmiş şəhərin son dayanacağı olan polad zavodundan təxliyə edilib.

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar evakuasiya əməliyyatını ayrıca video bəyanatında təsvir edərək, bəzi Ukrayna qüvvələrinin "Azovstal"da qaldığını qeyd edib.

“Ağır yaralanan 53 nəfər tibbi yardım üçün "Azovstal"dan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib. Daha 211 nəfər humanitar dəhlizlə Olenivkaya aparılıb”,- deyə o qeyd edib.

Müdafiə nazirinin müavini deyib ki, "mübadilə proseduru" evakuasiya olunanların vətənə dönməsi ilə nəticələnəcək. O, yaralılar və xəыtələrin təcili olaraq müalicəyə ehtiyaclı olduğunu bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi evakuasiya ilə bağlı verdiyi açıqlamada Ukrayna hərbçilərinə və danışıqlar aparan tərəflərə, Beynəlxalq Qızıl Xaç Komitəsinə və BMT-yə təşəkkür edərək: “Сanlı Ukrayna qəhrəmanlarına ehtiyacımız var”,- deyib.

“Müdafiəmizin 82-ci günü başa çatmaq üzrədir. Çətin gün. Amma bu gün, bütün başqaları kimi, məhz ölkəmizi və xalqımızı xilas etmək məqsədi daşıyır”,- deyə Zelenski bildirib.

Xarici medianın verdiyi məlumata görə, daha əvvəl Rusiya Müdafiə Nazirliyi yaralı ukraynalı hərbçilərin keçməsinə icazə vermək üçün atəşkəsin elan edildiyini bildirmişd.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »