Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın cinayətləri Beynəlxalq Məhkəmədə araşdırıla bilər...
Ermənistanın cinayətləri Beynəlxalq Məhkəmədə araşdırıla bilər...

Bu günlərdə isə Beynəlxalq Cinayət Məhkəməsinin 40-dən artıq müstəntiqi Ukraynaya gəlib. Məqsəd Ukraynda Ruslar tərəfindən törədilmiş cinayətlərin araşdırılmasıdır.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur.

Ukraynada baş verən cinayətlər mütləq araşdırılmalıdır. Amma eyni zamanda, 44 günlük müharibə zamanı Gəncə, Bərdə, Tərtər və digər dinc şəhərlərin raket atəşinə məruz qalması, dinc əhali, qadın, qoca və uşaqların qətlinin də araşdırılması vacibdir.

“Rusiyanın Ukraynaya müdaxiləsindən sonra törədilən bir çox istiqamətli cinayətlər, eləcə də beynəlxalq hüququn münaqişələr üzrə tələblərinin, eyni zmanada humanitar hüququn prinsiplərinin pozulması ilə bağlı Beynəlxalq Cinaytə Məhkəməsinin müstəntiqlərinin Ukraynaya gəlməsi çox müsbət bir addımdır.

Hesab edirəm ki, istənilən bölgədə, dünyanın istənilən ərazisində humanitar hüququn prinsplərinə qarşı, beynəlxalq hüququn ümumi prinsiplərinə qarşı,insanlığa qaşrı atılan addımlar, törədilən cinayətlər obyektiv şəkildə araşdırılmalı və cinayətkarlar cəxasını çəkməlidir. Bu mənada Beynəlxalq Cinayət Məhkəməsinin bu addımı müsbət qiymətləndirilməli və alqışlanmalıdır”.

Bu barədə Bizimyol.info-ya tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

O, qeyd edib ki, dünyada hər zaman olduğu kimi Beynəlxalq Cinayət Məhkəməsinin ayrı-ayrı ərazilərdə törədilən müharibə cinayətlərinə qarşı, soyqırımlara qarşl obyekti, birmənalı münasibət sərgilənməyibdir. Əksinə, bütün sahələrdə olduğu kimi Beynəlxalq Cinayət Məhkəməsinin davranışlarında da ikili standart özünü göstərib. “Rusiya-Ukrayna müharibəsində atılan addımı da biz ikili yanaşmanın əsas bariz nümunəsi kimi görürük. Çünki qısa bir müddət əvvəl Cənubi Qafqazda Ermənistanın uzun illik işğalçılıq siyasətinə qarşı Azərbaycanın başlatdığı haqq mübarizəsi zamanı işğalçı dövlət olan Ermənistan dövlətinin atdığı bir sıra addımlar beynəlxalq hüququn prinsiplərinə, humanitar hüququn prinsiplərinə, müharibə qanunlarına daban-dabana zidd olsa da, həm də əsas beynəlxalq cinayətlər kimi qiymətləndirilən və heç bir halda araşdırlmasına və canilərin cəzalandırılmasına imkan verilməyən törədilən 4 istiqamətə qarşı bu günə qədər hrç bir beynəlxalq insititutlar tərəfindən eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsinin ekspertləri tərəfindən hərhansı bir bəyanat və ya əməli bir addım müşahdiə etməmişik.

Baxmayaraq ki, həm 44 günlük müharibə dövründə, həm də müharibəyə qədər ki, işğalçı dövründə erməni faşistləri tərəfindən, erməni cinayətkarları trəəfindən Azərbaycan xalqına qarşı ümum qəgul edilən prinsiplər baxımından əsas 4 beynəlxalq cinayət kimi qiymətləndirilən, həm insanlığa qarşı cinayət, həm müharibə cinayəti, həm təcavüz cinayətləri və ən əsası soyqrıırm aktı törədilib.

Amma buna baxmayaraq, bu günə qədər bu cinayətlərin törədilməsində iştirak edən heç bir erməni cani hrəhansı bir ədalət məhkəməsinə cəlb olummayıb və ədalət mühakiməsinə cəlb edilməyib”.

Politoloq bildirir ki, Azərbayacana qarşı törədilmiş cinayətlərdə zərərçəkənlər ədalət mühakiməsini müşahidə edə bilmədilər.

Ekspert hesab edir ki,44 günlük müharibə dövründə indiki Ermənistan hakimiyyəti müharibə cinayətləri törətdilər. Müharibə qanunlarını kobud şəkildə pozdular.Döyüş bölgəsindən çox uzaq məsafədə yerləşən dic yaşayış məskənləri balistik raketlərdən atəşə tutuldu. Çox sayda insanlarımız, qocalar, qadınlar, hətta körpə uşaqlar öldürüldü, qanlaırna qəltan edildi: “ Bunun bir adı var müharibə cinayəti. Təəssüfki, heç bir beynəlxalq təşkilatdan, beynəlxalq gücdən, xarici dövlətrlərdən hərhansı bir bəyanat eşitmdiyimiz kimi bu gün “Ukraynaya Ədalət”, “Ukraynada törədilən cinayətlərin araşdırılması ilə bütün dünya məşğul olmalıdır” bəyanatını səsləndirən Beynəlxalq təşkilatlar Azərbaycan üçün susqunluq göstərdilər. Bu bir daha sübut edir ki, dünyada ədalət, dünyada haqq yalnız və yalnız maraqlar prizmasından işə salınan alətlər mexanizmlərdir”.

A. Əliyevin fikrincə, Rusiyanın Ukraynda törətdiyi cinayətlər nə qədər insanlıq əleyhinə cinayətdirsə və onların araşdırılması zəruridirsə, alqışlanmalıdırsa, bir o qədər Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə qarşı bəslənən münasibətə də biz o qədər tənqidi yanaşmalı və həmin dairələrdən eyni münasibəti Cənubi Qafqazda baş verən hadisələri də,Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdə də həmin münasibətləri göstərməyi tələb etməliyik.

“Bu bizim təməl psinsipimizdir Və bu bizim beynəlxalq hüquqla da qəbul edilmiş, heç bir halda, heç kim tərəfindən məhdudlaşdırıla bilməyəcək, hüquqlarımızdır.

Pozulmuş bu hüquqlarımızın bərpa olunması uğrunda Azərbaycan dövləti bu günə qədər də münarizə aparıb və hesab edirəm ki, bundan sonra da mübarizəsini davam etdirəcək.

Bir sıra instansiyalarda, bir sıra institutlar səviyyəsində, müxtəlif platformalarda və eləcə də, beynəlxalq Cinayət Məhkəməsində Ermənistan canilərinin törətdiyi cinayətlərin araşdırılıb, obyektiv qiymət almasına nail ola biləcəyik”,- deyə ekspert bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »