Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Ukraynalı qəhrəmanlar bizə canlı lazımdır
Zelenski: Ukraynalı qəhrəmanlar bizə canlı lazımdır

Ukrayna prezidenti Vladimir Zelenski hərbçilərin "Azovstal"dan təxliyəsi ilə bağlı: "Ukraynalı qəhrəmanlar Ukraynaya canlı olaraq lazımdır".

Bizimyol.info xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

“Hərbçilərimiz 82-ci günü başa çatmaq üzrədir. Asan gün deyil. Bu gün də əvvəlki günlərdə olduğu kimi bütün gücümüz ölkəmizi və xalqımızı qorumağa yönəldilib. Mariupoldakı vəziyyətə gəlincə: Ukrayna hərbçilərinin - Ukrayna Silahlı Qüvvələrinin, kəşfiyyatın, eləcə də danışıqlar qrupunun, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və BMT-nin mübarizəsi sayəsində ümid edirik ki, biz buna nail olacağıq. Orada olan oğullarımızın həyatını xilas edəcəyik. Onların arasında ağır yaralılar var, onların köməyə ehtiyacı var. Mən vurğulamaq istəyirəm ki, Ukraynaya canlı olaraq ukraynalı qəhrəmanlar lazımdır. Bu, bizim prinsipimizdir. Düşünürəm ki, hər bir insan bu sözləri adekvat başa düşəcək”, - prezident bildirib.

Zelenski Ukrayna hərbçilərinin geri qaytarılması istiqamətində işlərin davam etdiyini vurğulayıb. “Bu iş incəlik və vaxt tələb edir”, - deyə dövlət başçısı əlavə edib.

Rusiya KİV-ləri mayın 16-da bildiriblər ki, işğalçılar “Azovstal”ın ukraynalı müdafiəçiləri ilə Novoazovsk (DXR ərazisi) istiqamətində yaralı əsgərlər üçün dəhliz açmaq barədə razılığa gəliblər.

Daha sonra Azov komandiri Denis Prokopenko (Radis) bəyan edib ki, “həyatları xilas etmək üçün bütün Mariupol qarnizonu yüksək hərbi komandanlığın təsdiq edilmiş qərarını yerinə yetirir və Ukrayna xalqının dəstəyinə ümid edir”.

Mayın 17-də Müdafiə Nazirliyi “Azovstal” zavodunun ərazisində mühasirəyə alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlandığını elan edib.

Anlaşma Memorandumuna əsasən, mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün Azovstaldan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib.

Daha 211 nəfər humanitar dəhliz vasitəsilə Olenevkaya çatdırılıb və onların sonradan evə qayıtması üçün mübadilə proseduru həyata keçiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »